"Aprel döyüşləri tarixi bir qələbəyə çevrildi"

16:06 02-04-2020 | icon 357 | Siyasət
"Aprel döyüşləri tarixi bir qələbəyə çevrildi"

Aydın Mirzəzadə: "Bu döyüşlər Azərbaycanın torpaqların işğalı ilə heç zaman barışmayacağının göstəricisi oldu"

 

"Bu gün 2016-cı il aprel döyüşlərinin dördüncü ildönümüdür. Həmin dövr aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə tarixi bir qələbəyə çevrildi".

 

Versus.Az xəbər verir ki, bunu Aprel döyüşlərinin dördünücü ildönümü ilə bağlı açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

 

Millət vəkili qeyd edib ki, Aprel döyüşləri Azərbaycan və Ermənistan arasında cəbhə xəttyində 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi:

 

"Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olundu. Azərbaycan Silahlı Qüvvələri döyüşlər nəticəsində 2,000 hektarlıq ərazini işğaldan azad etdi. Döyüşlərdə 94 hərbçimiz şəhid olub, 2 nəfər itkin düşüb, 39 hərbçi yaralanıb. Həmçinin 6 mülki şəxs şəhid olub, 26 nəfər yaralanıb.

Allah şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır".

 

A.Mirzəzadə bildirib ki, döyüşlər Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan əsgərini şücaətini, xalqımızın qətiyyətini göstərdi. Sonradan ordumuzun mətanəti ilə Naxşıvanda Güncüt kəndi, cəhbə və sərhəd xətlərində bir neçə strateji yüksəkliklər də düşmən işğalından azad edildi:

 

"Aprel döyüşləri Azərbaycanın Ermənistanın torpaqlarımızın bir hissəsinin işğalı ilə heç zaman barışmayacağının göstəricisi oldu. Cəmiyyətimizdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasət nəticəsində torpaqlarımızın tam azad ediləcəyi inamı böyükdür və hərtərəfli dəstəklənir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı