QHT-lər koronavirusa qarşı bir missiya ətrafında birləşdi

13:40 04-04-2020 | icon 602 | İqtisadiyyat
QHT-lər koronavirusa qarşı bir missiya ətrafında birləşdi

Əliməmməd Nuriyev: “Çalışmalıyıq ki, əlimzdə olan məhdud resursslar parktik nəticələr verən layihələrə yönəldilsin”

 

“Koronavirus epidemiyası dövründə səylərin birləşdirilməsi, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verilməsi və bu istiqamətdə ümumi həmrəyliyə, konsolidasiyaya xidmət edəcək təşəbbüslərin irəli sürülməsi əsas vəzifələrdən biridir. Bu sahədə vətəndaş cəmiyyəti vacib rola malikdir”.

 

Versus.Az xəvbər verir ki, bunu Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev Koronavirus və Vətəndaş cəmiyyətinin hazırkı şəraitdə əsas missiyasının nədənləri ilə bağlı məqamlara toxunarkən söyləyib:

 

“Vətəndaş cəmiyyətinin hazırkı şəraitdə əsas missiyası maarifləndirmə, ictimai nəzarət və monitorinq tədbirlərinin, sosial dəstək təşəbbüslərinin həyata keçirilməsidir. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının REAL TV ilə birlikdə “Evdə qal, cəmiyyəti qoru!” ictimai monitorinq və məlumatlandırma kampaniyası məhz bu məqsədə xidmət edir”.

 

Ə.Nuriyev bildirib ki, bu günlərdə QHT-lərin bu istiqamətdə səylərinin artırılması, daha yaxşı koordinasiya, təkliflərin toplanması, soisal dəstək tədbilərinin planlaşdırılması üçün AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin koronavirusla mübarizəyə həsr olunan onlayn ümumrespublika konfransına diqqət çəkib:

 

“Konfransda 400 QHT iştirak etdi. Konfrans yeni əlaqələndirmə mexanizmlərinin yaradılması, yeni təşəbbüslərin planlaşdırılması, regionlarda QHT Resurs Mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, maarifləndirmə işlərinin görülməsi, dövlət orqanlarının məlumatlandırılması ilə əlaqədar məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli oldu. Şura sədri Azay Quliyev qarşıda duran vəzifələr, Şura tərəfindən görülən və planlaşdırılan işlər barədə QHT-ləri məlumatlandırdı. Tövsiyyələr verildi. Konfransın keçirilməsi vətəndaş cəmiyətinin təşəbbüslərinin gücləndirilməsi, əlaqələndirilməsi və yeni ideyaların, yanaşmaların irəli sürülməsi baxımından əhəmiyyətli və məhsuldar oldu. Hesab edirəm ki, Konfransda səsləndirlən fikirlər və tövsiyyələr, irəli sürülən təkliflər QHT-lərin fəlaiyyətinin daha da gücləndirilməsimə yeni impusl verəcək”.

 

Ə.Nuriyev Konfransda səsləndirildiyi kimi QHT-lərin effektiv, sosial dəstək tədbilərini əhatə edəcək, nəticə əsaslı layihələr və təşəbbüslər irəli sürülməsinin vacibliyini xatırladıb:

 

“Çalışmalıyıq ki, əlimzdə olan məhdud resursslar parktik nəticələr verən layihələrə yönəldilsin. Pandemiya dövründə ikiqat məsuliyyətli olmalı və standart yanaşmalardan çəkinməli, konkret problemlərin həllini nəzərdə tutan fəaliyyətlərə üstünlük verməliyik”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı