Bir millət aydınlarından yenilər

17:58 04-04-2020 | icon 1310 | Kürsü
Bir millət aydınlarından yenilər

Gördüklərimin bir qismini yazım...

 

YASƏMƏN QARAQOYUNLU

 

Nədən öz Səfəvi-Avşar- Qacar dövlətimizi Farslara verdik, Quzeydə ermənilərə torpaq verərək öz əlimizlə Ermənistan yaratdıq, Güneydə öz torpaqlarımız üstündə Mahabat Kürdüstanı yaratdıq. Ermənistan içində, Savaşmadan Ermənilərin qarşısından qaçdıq, nədən Ermənistanda bir türk belə yaşamadığı halda və son 200 ildə bəlkədə 3 milyon türkü soyqırıma uğratdıqları halda, hazırda Azərbaycanda, Türkiyədə 100 minlərlə erməni yaşayır və biz buna seyrçi qalırıq. Niyə türk cocuğunun başının dərisini diri diri soyan Zori Balayan, terrorist, işğalçı köçəryan, sarkisyan hələ də sağdılar. İntiqam alan millət niyə yetişmədi. Səbəblər o qədər çoxdur ki… Gördüklərimin bir qismini yazım.

 

1. Bakı Dövlət Universitetində oxuduğum zamanlarda müəllimlərin əksəriyyəti imansız və idealsız idilər. Rus dilində danışmağı ziyalılığın ölçüsü hesab edirdilər. Həmişə, Rus dilində danışan, Rusiyanı, Avropanı, Amerikanı özündən üstün görən, islamı, şərqi, türkü aşağılayan müəllimlərimin yerinə çox utanc yaşamışam.

 

2. AMEA da işlədiyim çağlarda şahid oldum ki, türk olan akademisyenlərin əksəriyyəti milli kimliyini və tarixini dərin bilmir , dövlət ağlı yoxdur, siyasətə qarışmır, strateji düşünə bilmir, düşüncə ürətə bilmir, aşağılıq kompleksi daşıyır, Rus dilində danışır, Rus ədəbiyyatından istifadə edir. Rusları mədəni və böyük görür. Yarısı da Qərbi, Amerikanı xilaskar hesab edir. Milli kimlik kimi azərbaycanlı, seyid, uzaqbaşı da Bakılı, Naxçıvanlı, Cənubdan, şimaldan olduğunu vurğulayır. Osmanlı və Türkiyəni düşmən görür. Şah İsmayıl aşiqidir, İrana içdən bağlıdır, şiyənin şüarları vicdanını titrədir, daim karyera uğruna çalışır, toplum mənfəətləri üçün çalışanları dəli hesab edir, yalnız özü və ailəsi üçün çalışır. Heç bir milli və ya toplumsal idealı və arzusu yoxdur. Alimdir, elmlər doktorudur. Amma ölkə içində hər hansı fikir ekolunu təmsil etməz. Hər zaman güclünün yanında dayanar. Hər zaman hökümətlərin yanında yer alar. Əsla hökümətlərə və siyasətə münasibətdə prinsip sərgiləməz. Lider deyil, daha çox məmurdur. Bürokratdır. Yaltaqlığı və məddahlığı ən üst səviyyədə bacarır. Sərt İnzibatçıdır. Qadınının yanında diktatordur… Bizim aydınlar dinlərin, məzhəblərin, ideologiyaların, liberalizmin, kommunizmin qurbanları, Batının, Rusiyanın heyranlarıdır.

 

1988 ci ildə Azadlıq Meydanında başlayan noyabr mitinqlərinə müəllimlərimlə getmişdim. Meydanda müəllimlərimlə birlikdə dayanmışdım. Tribunda Nemət Pənahlı danışırdı, biz Qarabağ Qarabağ qışqırırdıq. Ə. Elçibəy tribuna çıxdı. Azərbaycan Rusiyadan ayrılmalıdır, SSRİ imperiyadır, biz müstəqil olmalıyıq dedi. Meydana bir uğultu düşdü. Dərin bir çaşqınlıq və qorxu çökdü. Başımı qaldırıb gördüm ki, müəllimlərim hamsı meydandan qaçıb, çıxıb gedib, tək qalmışam. Sonradan həmişə gördüm ki, Əbülfəz Elçibəy yüzlərlə alimlərin, ziyalıların içində həmişə yalqızdır, tək qalıb. Millətin içində həmişə təkdir. Tək qalıb, təkliyin əzəmətini də, acısını da bütün dərinliyi ilə yaşayıb. Əksəriyyəti Rus KKB nə bağlı olan bu tipli aydınlar zümrəsinin xalqını istiqlala qovuşdurmaq Ə.Elçibəydən çox böyük şəxsi keyfiyyətlər tələb edirdi. Bu mübarizədə Ə.Elçibəyə qarşı 200 min KKB ajanı olan zümrə dayanırdı, əksəriyyəti də mənim müəllimlərim idi. Hal hazırda ölkəmizdə 80 min nəfər rus ajanı Azərbaycanda türk düşmanlığı yapır. Azərbaycanın türkləşməsinə min bir üsulla mane olur, multikulturalizmi təbliğ edir, rus dilində məktəb açır…. Məlum, Azərbaycan türk olacaqsa İran da, Rusiyada dönüb türk olacaq, türkləşəcək. Bilirlər axı, bu coğrafiyada Farslar və ruslar çoğunluq deyil də azlıqdır. Türk qələbəliyinin içində nə edərlər ki… Amma bunun üçün türk kimliyini dərk etmiş idealist türk aydını və türklüyünə sarılmış türk milləti yetişdirməmiz lazımdır. Çoğunluqda olan türk xalqına millət şüuru verməmiz lazımdır. Lazımdır, amma hələ yoxdur, yetişməyib, yetişdirilməyib. Bu illərdə dövlət və millət maraqlarını pula mənsəbə satmış nə qədər Fetoçu universitet hocaları gördüm.
Bax belə…

 

Həmişə inanmışam ki, millət aydınlarından yenilər. Çünki aydın milli ruhu və vicdanı təmsil edir. Aydın yünildisə, milli ruh yenildi deməkdir. Bu yaxınlarda Universitetdə mənə tarix dərsi vermiş bir müəllimimlə rastlaşdım. Məni tənqid etdi ki, axı niyə sən türk türk deyirsən. Bu Azərbaycanda qıcıq doğurur, yaxşı qarşılanmır. Susdum. İçdən içdən gizlicə ağladım. Bir millətin tarix müəllimi belə olarsa əlbəttə o millət yeniləcəkdir. Mənim tarix müəllimim bilsəydi ki, Atatürkü Atatürk edən təkcə sərkərdəlik qabiliyyəti deyildi, həm də tarix bilgisi idi, batı və rus imperializminə dirəniş gücü verən türk tarixi bilgisiydi. Hardan bilsin ki…Bu müəllimim universitetdə mənə Sovet dövründə Stalinin əmri ilə İran fars təməllərinə oturdulmuş Azərbaycan və azərbaycanlı tarixi keçirdi. Bu müəllimim Napoleonun sərkərdəlik qabiliyyətini Çingiz xandan, S.M. Qəznəvidən üstün tuturdu. Yazıq… Bu müəllimim özü türk olsada beyni yıxanmış bir manqurtdu. Bu müəllimimdə müstəqil araştırmaçılıq hırsı yox idi, həqiqəti axtarmaq və dərk etmək eşqi yox idi. Heç nə demədim. Bir daha Elçibəyin yalnızlığını iliklərimə qədər hiss etdim.

 

Millətimizin yenilgilərinin səbəbləri arasında bu kiçik səbəbləri unutmayın. Millət ilk öncə aydınlarından yenilər. Bizə Yaponların Samurayları tipli, Fədailər tipli, idealist aydınlar gərəkdir. Bizə Cümhiriyyət yaratmış Ə.B.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə kimi yeni nəsil aydınlar tipi gərəkdir. Elə bir aydın tipi yetişdirməliyik ki, bütün dinləri, məzhəbləri, ideologiyaları, fərqli kültürləri və imperialist ağılları Türk millətinə, maraqlarına işləməyə məhkum etsin. Dinlər və ideologiyalar Türk millətinə xidmət etsin, Türk milləti dinlərin, məzhəblərin, ideologiyaların qurbanına çevrilməsin. Amma Boşluqdur…
Zori Balayan hələ də yaşayır….

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı