Adı "Ginnesin Rekordlar Kitabı"na düşən Las Veqaslı azərbaycanlı

13:59 06-04-2020 | icon 780 | Mədəniyyət
Adı "Ginnesin Rekordlar Kitabı"na düşən Las Veqaslı azərbaycanlı

 

Qeyri-rəsmi məlumatlara görə dünyada əlli milyona yaxın soydaşımız yaşayır. Bu qədər azərbaycanlının arasından seçilib yeddi nəfərdən biri olmaq hər adamın hünəri deyil. Söhbət adı "Ginnesin Rekordlar Kitabı"na düşən soydaşlarımızdan gedir.

 

Bu gün sizə onlardan biri, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla dünya rekordu qazanan məşhur sirk ustası Üzeyir Novruzovdan danışmaq istəyirəm.

 

Üzeyir 1976-cı ildə Qərbi Azərbaycanın Böyük Qaraqoyunlu kəndində dünyaya gəlib. Doqquz yaşında olarkən Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərinin Yasenskaya kəndinə köçüblər. 1992-ci ildə 8-ci sinfi orada bitirdikdən sonra üç il peşə məktəblərindən birində aşbazlığı öyrənib. 1996-1999-cu illərdə Moskva Dövlət Sirk və Estrada Ali Sənət Məktəbində təhsil alaraq sirk ustası ixtisasına yiyələnib. 1999-2002-ci illərdə Moskvanın Vernadski prospektindəki "Yeni Sirk"də çalışıb. 2002-ci ildə ABŞ-ın Nyu York şəhərində fəaliyyət göstərən "Big Apple" sirkindən dəvət alıb və bir il burada işləyib. Sonra o, "Du Soleil" səyyar sirkində çalışmağa başlayıb. 2004-cü ildən 2014-cü ilədək Avropa ölkələrində, Yaponiyada, Braziliyada, Kanadada, ABŞ-ın bir çox ştatlarında qastrol səfərlərində olub. 2014-cü ildən Las Veqas ştatında yaşayır. Burada məskunlaşdığı ilk vaxtlarda bir müddət sirkdən ayrılaraq müxtəlif işlərlə məşğul olub. 2015-ci ildə ABŞ-ın "America's Got Talent" teleşousunda iştirakı ilə dünyada tanınmağa başlayıb. Bu şoudan sonra o, müxtəlif ölkələrin sirklərindən dəvətlər alsa da müstəqil fəaliyyətə üstünlük verir. Elə o vaxtdan da xüsusi şoularda iştirak edir…

 

…Atası Ramiz Novruzov 2000-ci ildə Krasnodar vilayətində dünyasını dəyişəndən sonra, onu vəsiyyətinə uyğun Gəncədə dəfn ediblər. Anası Zərifə xanım o vaxtdan Gəncədə yaşayır. Üzeyir dörd uşaqlı ailənin üçüncü övladıdır…

 

2016-cı ildə Əbu-Dabidə keçirilən "Formula-1" yarışmasında Üzeyiri görən ölkəmizin rəsmi nümayəndəsi onu 2017-ci ildə Bakıda keçirilən "Formula-1"-in açılış mərasiminə dəvət edir. O da məmnuniyyətlə bu tədbirə qoşulur…

 

Deyir ki,- "Bütün dünyanı gəzmişəm, amma Azərbaycanın ürəyimdə öz yeri var. Sevinirəm ki, Azərbaycan son zamanlar çox gözəlləşib. Mən orada olanda elə bilirdim ki, inkişaf etmiş Avropa ölkələrindən birindəyəm. Səmimi sözümdür, Bakı mənim üçün Nyu Yorkdan da gözəldir"…

 

…Ömür-gün yoldaşı Olqa Novruzova milliyətcə rus olsa da azərbaycan dilində danışmağı bacarır. 13 yaşında əkiz qızları və bir oğlu var…

 

Addım-addım uğurlara nail olan, həyatını nərdivana bənzədən bu soydaşımız sadə, gülərüz və çox mehriban insandır. Elə ilk andan söhbətimiz alındı. Bu onun səmimiyyətindən irəli gəlirdi. Retro filimlərə baxmağı xoşlayır. Azərbaycan xalq mahnılarını, aşıq havalarını, xüsusən də muğamı dinləməkdən zövq alır...

 

Yeni şou nömrələr üzərində işləyir. Çalışır ki, milli musiqi alətimiz olan sazı öz çıxışlarına əlavə edib amerikalılara tanıtdırsın.
Ən böyük arzusu isə Çarli Çaplin kimi filimlərə çəkilməkdir. İnanırıq ki, o, bu istəyinə də çatacaq. Axı bütün nailiyyətlər istəkdən başlayır...

 

Aprelin 6-sı Üzeyirin 44 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Allahdan arzularına qovuşmasını diləyirəm.

 

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"