Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb

12:49 08-04-2020 | icon 422 | Sosial
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb

Ədliyyə Nazirliyindən bildirilib ki, müasir innovativ metodlardan istifadə olunmaqla yaradılmış "Mobil notariat" proqram təminatı vasitəsilə vətəndaşlara notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə olunmasına dair, həmçinin vəkillərə verilən etibarnamələrin mobil telefonlar vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi imkanı yaradılıb. Artıq elektron qaydada rəsmiləşdirilən etibarnamələrin sayı minlərlə ölçülür.

 

Məlumata əsasən, bu gündən tətbiq edilən yeni xidmət vasitəsilə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pulsuz və ya güzəştli dərman yardımı almaq hüququ olan vətəndaşlara Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda həftənin bütün günü 24 saat ərzində həmin dərmanları əldə etmək üçün evlərini tərk etmədən dövlətin sosial proqramından yararlanmaq məqsədilə digər şəxslərə real vaxt rejimində elektron etibarnamə vermək imkanı yaradılıb. 

 

Sosial etibarnamənin elektron qaydada verilməsi imkanın yaradılması karantin rejimi dövründə sağlamlığının qorunması üçün evlərini tərk etməyə məhdudiyyət qoyulmuş bu xidmətlərin əsas istifadəçisi yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün xüsusi əhəmiyyət kəsb edir.

 

07.04.2020-ci il tarixdən istifadəyə verilən və 100 mindən çox insanın faydalanacağı "Sosial etibarnamə"dən vətəndaşlar AppStore və PlayStore platformasından pulsuz "Mobil notariat" tətbiqini yükləyərək, habelə artıq istifadəçi olanlar isə proqramı yeniləməklə yararlana bilərlər. Ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifələrində (www.facebook.com/mobilnotariat və www.instagram.com/mobil_notariat/) yerləşdirilib.

 

Qeyd olunmalıdır ki, xüsusi karantin rejimində olan vətəndaşlarımızın durumuna həssas yanaşılaraq xidmət pulsuz göstəriləcək. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR