"Hakimiyyətin atdığı bir neçə addıma birbaşa və açıq formada dəstək verdik"

15:44 08-04-2020 | icon 541 | Siyasət
"Hakimiyyətin atdığı bir neçə addıma birbaşa və açıq formada dəstək verdik"

Fuad Əliyev: "Milli Məclisdə daimi Qarabağ komitəsi yaradılmalıdır"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News kanalına müsahibə verib.

 
 
Versus.Az həmin müsahibəni təqdim edir.

 
Fuad müəllim, sözsüz ki, indi gündəmi zəbt edən bir nömrəli mövzu koronavirus mövzusudur. Azərbaycanda 20 günə yaxındır ki, “Evdə qal” kampaniyası aparılır. Partiyanız bu işdə çox aktivdir, bir neçə maraqlı sosioloju çarxlar yayıb. Amma bizim müşahidəmiz onu göstərir ki, vətəndaşlarda ruh düşkünliyi, aqressiya, panik hisslər güclənir. Sizcə, niyə və nə etmək lazımdır ki, bunların qabağı alınsın?

 
- Bəli, karantin elan olunan ilk günlərdən ALDP indiki məqamda iqtidarla siyasi mübarizəni arxa plana çəkdi. Hakimiyyətin atdığı bir neçə addıma birbaşa və açıq formada dəstək verdik. Siyasi təşkilatlar arasında ilk dəfə partiya Sədr Aparatının iclasını On-line keçirtdi. Dediyiniz kimi koronavirusla bağlı iki maarifləndirici çarx yaydıq. Vətəndaşları başa düşürəm. Nə etmək lazımdır? Mənim fikrimcə, koronavirusla bağlı olan statistik məlumatları verəndə daha çox sağalanların sayını vurğulamaq lazımdır. Bəli, bu pandemiyadır, hamımız qorunmalıyıq, karantin rejimin qaydalarına əməl etməliyik. Sadəcə KİV nümayəndələri xəbərlərdə yoluxanların ölüm sayını yox, sağalanların sayına daha çox önəm versələr onda vətəndaşlarda bu qorxu, panika yaranmaz. İkinci bir məsələ, bəlkə də ən vacib məsələdir, dövlətin vətəndaşlara dəstəyidir. Bəzi işlər görülür və bəzilər planlaşdırılıb. Qocalar və uşaq evlərinə, az təminatlı ailələrə, tənha qalan yaşlılara daha çox diqqət olunmalıdır.

 
Fuad müəllim, pandemiyaya görə kütləvi tədbirlər təxirə salınıb. Bununla belə 31 mart azərbaycanlıların soyqırımı, Kəlbəcərin işğal günü ilə əlaqədər müxalifət bir araya gələ bilməyib. 8 may, Şuşanın işğal günü yaxınlaşır. Arzu edək ki, bu günə gədər karantin rejimi ləğv oluna və biz bir cəmiyyət olaraq, iqtidar-müxalifət olaraq bu işğalnan bağlı birlikdə səsimizi dünyaya bir də çatdıraq. Biz nə etməliyik ki, işğalda olan torpaqlarımız azad olunsun?

 
- Hesab edirəm ki, separatçı rejimə qarşı, işğal olunan torpaqlarımızı azad etmək üçün anti-terror əməliyyətlara başlamalıyıq. Başqa yolu qalmayıb. Danışıqlar heç bir nəticə verməyib və belə getsə heç vermiyəcək.

 
Bizdə olan məlumata görə Qarabağ Azadlıq Komitəsi (QAT) Milli Məclisə torpaqların işğaldan azad olunması ilə bağlı müraciət göndərib. Bu müraciətlə tanışsınızsa buna sizin münasibətiniz necədir?
 
- Qarabağın xeyrinə olacaq istənilən təklif, dəvətə qoşulmağa hazırıq. O ki, qaldı QAT-ın Milli Məclisə müraciətinə, bəli, bu müraciətlə tanışam. O müraciətdə qeyd olunan bütün təklifləri birmənalı olaraq dəstəkləyirik. Milli Məclisdə daimi Qarabağ komitəsi yaradılmalıdır, parlamentdən kənarda qalan partiyaların, QAT və QHT iştrakı ilə geniş Qarabağ müzakirələri keçirilməlidir. 2001-ci ildə belə müzakirələr olub və mən iştrak etmişəm. Düz bir il bundan qabaq QAT Qarabağ və ətraf rayonların işğaldan azad olunması üçün 40 min imza toplamaq kampaniyasını başlamaq üçün bir müraciət göndərmişdi. Necə ki bir il bundan qabaq biz QAT-a öz dəstəyimizi verdik, indi də ALDP olaraq bu müraciəti dəstəkləyirik və digər siyasi partiyaları, ictimai təşkilatları, hər bir vətəndaşımızı və soydaşımızı bu təklifləri dəstəkləməyə, bu təkliflərin həyata keçirilməsi üçün səy göstərməyə çağırırıq. /Baku News/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı