Əcnəbilərin qeydiyyat, daimi və müvəqqəti yaşama ilə bağlı müraciətlər haqqında
Keçən il əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələri ilə bağlı statistik göstəricilər açıqlanıb.
Versus.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.
Sənədə əsasən, olduğu yer üzrə qeydiyyatla əlaqədar 680 min 546 müraciət olub, həmin müraciətlərdən 672 min 196-na (98%) müsbət cavab verilib.
Müvəqqəti olma müddətinin uzadılması ilə əlaqədar 518 müraciətdən 502-i (96%), müvəqqəti yaşamaq üçün icazə ilə əlaqədar 45 min 837 müraciətdən 43 min 912-i (95%), daimi yaşamaq üçün icazə ilə əlaqədar 3 min 150 müraciətdən 2 min 28-i (64%) müsbət cavablandırılıb. Ümumilikdə, cəmi 730 min 51 müraciətdən 718 min 638-i (98%) müsbət həllini tapıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"