Qənirə Paşayeva qanvermə aksiyasına qoşulub

18:58 10-04-2020 | icon 437 | Sağlamlıq
Qənirə Paşayeva qanvermə aksiyasına qoşulub

Millət vəkili hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qan verib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın qan köçürülməsinə ehtiyac duyan və qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədilə çağırışına və TƏBİB rəhbərliyinin bu məzmunda çıxışına cavab olaraq, millət vəkili Qənirə Paşayeva Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirilmiş qanvermə aksiyasında iştirak edib.

 

Versus.Az xəbər verir ki, Qənirə xanım hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qan verib.

 

Millət vəkili bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu təşəbbüs və çağırışı dünyada koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə olduqca önəmli və zəruridir:

 

“Belə çətin məqamlarda vətəndaşlarımız bu nəcib və humanist aksiyada iştirak etməklə, neçə-neçə həyatı xilas etmiş olacaqlar”.

 

Q.Paşayeva koronavirus pandemiyası dövründə qaydalara uyğun olaraq çölə çıxma icazəsi olan vətəndaşlara çağırış edib və onların bu humanist aksiyada fəal olmalarını xahiş edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı