İtaliyada karantin müddəti mayın 3-dək uzadılıb
İtaliyada koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan karantin və məhdudlaşdırıcı tədbirlər mayın 3-dək davam etdiriləcək.
Versus.Az “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Cüzeppe Konte “RAI” dövlət televiziyası ilə yayımlanan mətbuat konfransında bildirib.
“Məhdudlaşdırıcı tədbirlər mayın 3-dək uzadılacaq. Qərar vermək asan deyil, ancaq vacibdir. İndi təslim olsaq hər şeyi yenidən başlamalı olacağıq”, - Konte belə deyib.
O, eyni zamanda etiraf edib ki, karantin səbəbindən bağlanan müəssisələrin fəaliyyəti bu müddətdən daha təz bərpa oluna bilər:
“Mayın 3-dən tədricən istehsal və ticarət fəaliyyətinə başlayacağımıza ümid edirik”.
Xəbər lenti
Rusiyaya məxsus helikopter aerodromda məhv edildi
Helikopter Rusiya Ordusunun logistik ehtiyaclarını və təxliyə...