Əfvlə bağlı ortaya atılan siyasi neqativlər nədən xəbər verir?

22:27 11-04-2020 | icon 796 | Siyasət
Əfvlə bağlı ortaya atılan siyasi neqativlər nədən xəbər verir?

Rufiz Qonaqov: “Yaxşı olardı ki, bu siyasi qüvvəllər ümummilli maraqları öz şəxsi maraqlarından üstün tutsunlar”

 

“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması dövlətimizin humanizm siyasətini bir daha nümayiş etdirdi. Bundan öncə də ölkə başçısı tərəfindən belə sərəncamlar verilib. Məhz kritik məqamda belə bir əfvin verilməsi dövlət başçısının vətəndaşlara xüsusi qayğı və diqqətinin təzahürüdür”.

 

Versus.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov son əfv sərəncamı ilə bağlı “siyasi neqativlə”in ortaya atılması səbəbləri ilə bağlı açıqlamasında bildirib.

 

O, Prezident İlham Əliyevin imzaladığı sərəncamın böyük sevinclə qarşılandığını, bir çox ailələrə xoşbəxtlik bəxş etdiyini xüsusilə önə çəkib. Bildirib ki, bu əfv yaşı 65-dən yuxarı insanların koronavirusdan qorunması yolunda atılan mühüm addımdır:

“Məhbus həyatı yaşamış 176 nəfər vətəndaşımız əfv olunaraq, öz ailələrinə qovuşdu. Bu, kifayət qədər böyük addımdır. Onların sırasında tanınmış şəxslər də çoxdur. Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın qərarı ilə bundan öncə də verilmiş əfv sərəncamları, amnistiyalar bütün cəmiyyətimiz tərəfindən hər zaman dəstəklənib”.

 

R.Qonaqov bu mənada hesab edir ki, belə halların siyasiləşdirilməsi yolverilməzdir:

“Azərbaycanda siyasi, dini mənsubiyyətindən asılı olmayaraq azadlığı üçün müraciət edən bütün vətəndaşlar əfv olunur. Düşünürəm ki, vəziyyəti siyasiləşdirməyə cəhd edən həmin qüvvələr bunu məqsədli şəkildə edirlər. Görünür ki, onların məqsədi hansısa Avropa strukturlarına yarınmaq, müvafiq tapşırıqları yerinə yetirməkdir. Onlar bu davranışları ilə illərdir məhbusluqda olan insanların xeyrinə hərəkət etmirlər”.

 

R.Qonaqov qeyd edib ki, əfv sərəncamından narazı qalan siyasilər əgər hansısa məhbusun azadlığa çıxmasından narahatdırlarsa, müvafiq qaydalara uyğun olaraq əfv komissiyasına müraciət edə bilərlər:

“Azərbaycan Prezidenti ilə birinci-vitse-prezident Mehriban xanım Əliyeva həmişə humanizm prinsiplərini əsas götürərək dəfələrlə amnistiya aktları ilə çıxış ediblər. Düşünürəm ki, növbəti amnistiyalar, əfv sərəncamları, məhbusların cəmiyyət üçün nə qədər təhlükəli olub olmamaları nəzərə alınaraq, yenə də veriləcək və insanlar öz ailələrinə qovuşacaqlar. Ona görə də yaxşı olardı ki, bu siyasi qüvvəllər ümummilli maraqları öz şəxsi maraqlarından üstün tutsunlar”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı