Emin Ağalarov qatil və qarətçi rolunda
EMIN - JONY: 15 ildən sonra
Eyni obrazı yaratdıqları ”KAMİN” (SOBA) adlı mahnıya çəkdirdikləri klipin təqdimatı baş tutub.
Versus.Az xəbər verir ki, bu klip efirə çıxdıqdan sonra hər iki artist üçün gözlənilməz olaraq, dərhal özünə diqqət çəkib və artıq yüksək pozisiyaları əldə edib.
Üç gün davam edən klip çəkilişləri hələ ümumi özünü təcriddən əvvəl bitmişdir. Sənətçilərin dediyinə görə, bütün süjet boyunca çox gözlənilməz və ən yüksək ehtirasları olan bir real film əldə ediblər. Klipin rejissoru Aleksandr Romanovdur.
JONY və EMIN'in videoda eyni qəhrəmanın rol oynadığını və bu hadisələrdən 15 il keçdiyini anlayan izləyici çox təəccüblənənəcək. Süjetə əsasən baş qəhrəman sevgilisi və dostu ilə bankı qarət edir.
“Nəticədən çox razıyam. Əsl film alınıb. Bu klipdə rolum çox da böyük olmasa da, kifayət qədər emosional alınıb. Bu klipdəki bir neçə saniyə bəlkə də illərin narahatçılığına dəyər. JONY çox istedadlı artistdir və çoxdandır ki bərabər olaraq bir mahnı yazdırmaq istəyirdik. Çox mükəmməl bir trek alındı. Belə şeylərə, xüsusəndə, belə klipə vərdişsizəm. Elə isə, özünüz baxın, peşiman olmazsınız” deyə Emin öz fikirləri ilə bölüşüb.
JONY isə belə deyir: - “Mən çoxdan Eminlə bir trek yazdlrmaq arzusunda idim və ağlıma belə gəlməzdi ki, bu mahnını bu qədəer dinləyici bəyənə bilər. Klip çəkdirmək qərarına gəldik. Klip, bir mini film şəklində çox emosional alındı. Hətta mən özümü döyüşçü bir qəhrəman kimi hiss etdim (gülür). Ümidvaram ki, bizim klipi əksəriyyət bəyənəcək”.
Bəs niyə EMIN ortaya qatil kimi çıxır, əllərində bir qızın fotoşəklini sixaraq, bütün klip boyu əllərini snayper tüfənginin tətiyindən çəkmir? Hazırda premyeraya baxın və bütün hekayəni sona qədər tapa bilərsiniz.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...