Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim edib

16:27 14-04-2020 | icon 1216 | KİV
Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim edib

Mətbuat Şurasının (MŞ) Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığı müzakirələr nəticəsində əmək müqaviləsi olmayan, xidməti müqavilə ilə frilans kimi çalışan jurnalistlərin sərbəst fəaliyyətlərinə icazə verilməsi barədə razılıq əldə edilib.

 

MŞ-dan Versus.Az-a verilən məlumata görə, Şuraya bununla bağlı müraciət edən kütləvi informasiya vasitələri və jurnalistlərin siyahısı Operativ Qərargaha təqdim olunub.

 

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilən istiqamətlər sırasında kütləvi informasiya vasitələri də yer alıb. 

“Bununla belə MŞ-yə mövcud istiqamətdəki sui-istifadələr barədə məlumatlar daxil olur. Belə hallar Şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu tərəfindən diqqətdə saxlanılır.

Eyni zamanda real jurnalistlik fəaliyyəti ilə məşğul olan elə jurnalistlər də var ki, əmək müqaviləsi ilə çalışmadıqlarından problemlərlə üzləşirdilər. MŞ belə halların da nəzərə alınmasının tərəfdarıdır və qurumun Operativ Qərargahla əldə etdiyi razılıq bundan irəli gəlir.

Mətbuat Şurası bir daha bildirir ki, jurnalistika fəaliyyəti cəmiyyət üçün zəruri sahə olduğundan, media təmsilçilərinin iş sərbəstliyinə icazə verilib. Ancaq bu o demək deyil ki, sərbəstlik tam məhdudiyyətsizlik kimi başa düşülsün. Ümumən karantin rejimində müəyyənləşdirilmiş tələb və tövsiyələrə əməl olunması şərtdir. “Evdə qal” prinsipinə riayət mütləqdir. Jurnalistlər, əgər bunun üçün imkanları varsa, mümkün qədər öz yaşayış yerlərində fəaliyyətlərini davam etdirməlidirlər. KİV rəhbərlərinin məsələyə həssas yanaşmaları tövsiyə olunur. Nəzərə alınmalıdır ki, bayırda, insanlarla daha çox təmas infeksiyaya yoluxma riskini artırır”, - deyə məlumatda qeyd olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı