"Adlar açıqlayacaq və cənab prezidentə müraciət edəcəyəm"

14:43 15-04-2020 | icon 421 | Siyasət
"Adlar açıqlayacaq və cənab prezidentə müraciət edəcəyəm"

Razi Nurullayev: "Hələ də vəzifəsinə qazanc mənbəyi kimi yanaşan vəzifəli şəxslər var"

 

"Prezident İlham Əliyevin dünən videokonfrans şəklində keçirilən müşavirədə dediyi üç məqam diqqətimi çəkdi. Birinci məqam xoşagəlməz hallara qarşı ciddi mübarizə ilə bağlı verdiyi mesajdır".

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

 

O, ölkə başçısının “Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır” fikrinə münasibətində qeyd edib ki, Prezident deyir ki, əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq, yəni cəzalandırılacaq:

"Dövlət başçısının bu fikrini tam dəstəkləyirəm. Məsələ burasındadır ki, hələ də vəzifəsinə qazanc mənbəyi və dövlətin ayırdığı büdcə vəsaitlərinə ailə büdcəsi kimi yanaşan vəzifəli şəxslər var. Mənə çox ciddi siqnallar daxil olub. Bunu yaxın zamanlarda parlament tribunasından səsləndirəcək, adlar açıqlayacaq və cənab prezidentə müraciət edəcəyəm".

 

Millət vəkilinin diqqətini çəkən ikinci məqam Prezidentin ehtiyaclı insanlara kömək edənlərə təşəkkürü ilə bağlıdır. R.Nurullayev bu mesajın tirajlanmasını yüksək dəyərləndirib:

"Yüz minlərlə ehtiyaclı insanlar var ki, irəli sürülən şərtlər ucbatından onlar dövlətin ayırdığı vəsaitlərdən pay ala bilmirlər. Yüz minlərlə insanın adına torpaq sahələri, maşınlar, digər əmlak növləri var ki, onlar nə o əmlak növlərindən istifadə edə bilir, nə də onlardan azad ola bilir. Torpağın addan çıxarılması da vəsait, zaman və müxtəlif sənəd işlərini həll etməkdən keçir. Bunun üçün də iş adamları, imkanlı şəxslər dövlət başçısının çağırışına qoşulmalı və ehtiyaclı ailələri sosial müdafiəsiz qoymamalıdır".

 

Millət vəkili Prezidentin çıxışında diqqətini çəkən üçüncü məqam barədə ayrıca fikir bildirəcəyini vurğulayıb:

"Bu məqam ölkə rəhbərinin müxalifət haqqında, müxalifətin Parlamentdə dediklərinin müsbət hal olması ilə bağlı dedikləridir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR