Dağlıq Qarabağda terrorçular yeni başçı seçdi

15:05 15-04-2020 | icon 572 | Geopolitika
Dağlıq Qarabağda terrorçular yeni başçı seçdi

Elxan Şahinoğlu: “Dağlıq Qarabağ əvvəlki kimi Ermənistana həm siyasi, həm də iqtisadi yük olacaq”

 

“Separatçıların yeni “liderini” köhnə problemlər gözləyir”.

 

Bunu Versus.az-a aprelin 14 -də Dağlıq Qarabağda keçirilən “prezident seçkisinin” ikinci turu ilə bağlı şərhində politoloq Elxan Şahinoğlu bildirib.

 

Politoloq separatçıların yeni liderinin təyinatla yerləşdirilməsi ilə bağlı fikirlərini belə əsaslandırıb:

“Separatçıların keçmiş baş naziri Araik Arutunyan separatçıların yeni “lideri” təyin edildi. Ona görə “təyin edildi” deyirik ki, birincisi, bölgədə koronavirusun geniş yayıldığı vəziyyətdə ermənilərin “seçki məntəqələrinə” getdiyi ağlabatan deyil. Təsadüfi deyil ki, “seçki” oyunu keçirsələr belə vətəndaşlara müraciət ediblər ki, “məntəqələrdə” sosial məsafəni qorusunlar. Hətta yaşı 65 dən yuxarı olan ermənilərə müraciət edilib ki, “seçki məntəqələrinə” gəlməsinlər.

İkincisi, Araik Arutunyanın “ikinci turda” rəqibi olmayıb. “İkinci tura” keçən separatçıların keçmiş “xarici işlər naziri” Masis Mailyan koronavirusun yayıldığı dövrdə seçkinin “ikinci turunun” keçirilməsinin əleyhinə olub. Masis Mailyan “ikinci tur” öncəsində tərəfdarlarını “seçkini” boykot etməyə çağırıb”.

 

Politoloq bildirib ki, bəlkə də Dağlıq Qarabağ dünyada yeganə bölgə olub ki, separatçılar koronavirusun yayılmasına baxmayaraq, insanları təhlükə altına ataraq “seçki” keçirməyə qərar veriblər:

“Halbuki, seçkinin “ikinci turu” ərəfəsində Dağlıq Qarabağda onlarla virusa yoluxanlar var və bu say getdikcə artır. Təsadüfi deyil ki, separatçılar “seçkidən” əvvəl Ermənistanla sərhədi bağlamağa məcbur olublar, üstəgəl bölgədə məktəblərin fəaliyyətini dayandırıblar. Separatçılar mayın 12-ə qədər bölgədə fövqəladə vəziyyət elan ediblər”.

 

E.Şahinoğlu separatçıların fövqəladə vəziyyət rejimində belə bir “seçki” keçirməsi ilə bağlı məqamlara diqqət çəkib:

“Birincisi, separatçıların artıq keçmiş lideri Bako Saakyan Araik Arutunyanın xələfi seçilməsi üçün nə yolla olursa-olsun “ikinci turu”  keçirməyə qərar verib.

İkincisi, Araik Arutunyanı Ermənistanın baş naziri Nikol Paşinyan da dəstəkləyirdi. “Seçkinin” təxirə salınması separatçılarla Ermənistan hakimiyyəti arasında suallar yarada bilərdi. Tamamən Ermənistandan asılı olan Dağlıq Qarabağ separatçıları “seçkini” keçirməklə İrəvanın da mövqeyini nəzərə alıblar.

Üçüncüsü, separatçıları qorxublar ki, “seçki” təxirə salınsaydı bölgədə xaos yarana və bundan Azərbaycan hərbi təzyiqi artırmaq üçün istifadə edə bilərdi. Araik Arutunyanı dərhal Ermənistan prezidenti Armen Sərkisyan “təbrik” edib”.

 

Politoloq bildirib ki, Dağlıq Qarabağda separatçıların hansı əməliyyatları etməsindən asılı olmayaraq münaqişə ilə bağlı heç nə dəyişməyəcək, vəziyyət getdikcə daha da qəlizləşəcəkdir:

“Arutunyanın separatçıların “yeni prezidenti” seçilməsiylə heç nə dəyişməyəcək. Nə danışıqlarda irəriləyiş olacaq, nə də separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini qəbul edəcəklər. Dəyişən sadəcə, bu olacaq ki, Bako Saakyandan fərqli olaraq Araik Arutunyan Nikol Paşinyan daha çox asılı olacaq. Bako Saakyan Paşinyanın qatı düşmənləri Robert Köçəryanın və Serj Sərkisyanın namizədi idi. Saakyan Paşinyanla tez-tez görüşsə də, Robert Köçəryana dəstəkdən imtina etmir, eks-prezidentin həbsinin əleyhinə çıxırdı. Paşinyan da bunu ikiüzlülük kimi qiymətləndirirdi. Araik Arutunyanla Paşinyanın bu məsələdə problemi olmayacaq. Buna baxmayaraq, Dağlıq Qarabağ əvvəlki kimi Ermənistana həm siyasi, həm də iqtisadi yük olmaqda davam edəcək. Koronavirus Ermənistan iqtisadiyyatını daha bərbad vəziyyətə salıb. Belə vəziyyətdə Ermənistanın Dağlıq Qarabağı iqtisadi və hərbi baxımdan ayaqda tutması daha da çətinləşəcək”.

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR