Yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq

10:03 20-04-2020 | icon 429 | Təhsil
Yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq

"Aprel ayının 17-si Nazirlər Kabineti orta ixtisas təhsili (kolleclər) üzrə ixtisasların yeni təsnifatını təsdiq etdi. Yenilənmiş ixtisaslar üzrə qəbul 2021/22-ci tədris ilindən başlayacaq".

 

Versus.Az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

 

O qeyd edib ki, kollec ixtisaslarının əvvəlki təsnifatı 2010-cu ildə təsdiq edilib və həmin təsnifat üzrə artıq 10 ildir ki, kadr hazırlığı aparılırdı:

"Yeni təsnifatda olan 141 ixtisas müasir əmək bazarının tələbləri, işəgötürənlərin təklifləri və rəyləri, ölkəmizdə orta ixtisaslı müasir kadrlara olan ehtiyaclar və beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib. Yeni təsnifatda bir sira ixtisaslar birləşdirilib, bəzi yeni ixtisaslar əlavə olunub və uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Misal kimi, beynəlxalq təcrübə nəzərə alınaraq təhsil ixtisaslarına inklüziv təhsil ixtisası əlavə olunub, bəzi müəllimlik ixtisasları çıxarılıb (ali təhsil pilləsində hazırlıq aparılacaq), kənd təsərrüfatı ixtisaslarına aqroturizm, hidromeliorasiya və torpaq mühafizəsi, su bioehtiyatları və akvakultura əlavə olunub, texniki və texnololji ixtisaslar əhəmiyyətli şəkildə yenilənib (kompüter sistemləri, telekommunikasiya şəbəkələri və sair)".

 

Nazir müşaviri deyib ki, yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq:

"Bu proqramlar kollec səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına xidmət edəcək. Bundan əlavə, tam orta təhsil bazasından gələn məktəb məzunları kollecdə bütün ixtisaslar üzrə (tibb ixtisaslardan başqa) artıq 2 il təhsil alacaqlar ki, bu da onların daha qısa müddətdə əmək bazarına çıxışını təmin edəcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR