Koronavirusdan mübarizənin yeganə üsulu açıqlandı

09:58 22-04-2020 | icon 432 | Sağlamlıq
Koronavirusdan mübarizənin yeganə üsulu açıqlandı

Alimlərin fikrincə, yalnız kütləvi vaksinləmə üsulu ilə koronavirus pandemiyasına qalib gəlmək ola bilər.

 

Versus.Az xəbər verir ki, mütəxəssislərin bu fikrini “Science Alert”  nəşri açıqlayıb.

 

İmmunologiya professoru Erik Vilve nəşrə bildirib ki, insan orqanizmində RNK əsaslı viruslara qarşı anticisimlərin (orqanizmə yad zülallar, bakteriyalar-red) yetərli miqdarını yığmaq üçün üç həftə tələb olunur. Anticisimlər bu halda orqanizmin müdafiəsini bir neçə aya təmin edə bilər.

 

Amma alim hesab edir ki, bu yalnız nəzəriyyədir. Çünki yeni koronavirus virusoloqlara və epidemioloqlara bütün yeni sürprizləri göstərir.

 

Virusa yoluxmuş immunitetli xəstələrin sağalmalarına baxmayaraq, koronavirusun yenidən yaranması halları da məlumdur. Buna Cənubi Koreya təcrübəsi misal ola bilər.

 

Virusun heç vaxt orqanizmdə “yatan” və simptomsuz, məsələn, “herpes” kimi tamamilə yox olmayaraq qalması da daha çox ehtimal ediləndir.

 

Bu və digər qeyri-müəyyənlikləri nəzərə alaraq, ekspertlər müəyyən müddət ərzində dünyada koronavirusa qarşı kollektiv immunitetin əmələ gələcəyini və pandemiyanın öz-özünə yox olacağını da ehtimal edirlər.

 

Avstraliyanın Kertin Universitetinin professoru Arçi Klements bildirib ki, hazırda koronavisula mübarizədə yeganə həll yolu vaksin istehsalıdır.

 

Qeyd edək ki, koronavirusdan vaksinin kliniki sınaqlarına bu ilin iyununda başlanılması planlaşdırılır. 

 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı