“Əli Kərimli özü-özünü "blokada"ya salıb”

13:08 22-04-2020 | icon 525 | Siyasət
“Əli Kərimli özü-özünü "blokada"ya salıb”

Elman Nəsirov: “Bu addımlar Əli Kərimlinin də sağlamlığını və təhlükəsizliyini qorumaq üçündür”

 

Son günlər müxalifətdən belə iddialar səslənir ki, AXCP sədri Əli Kərimli və ailə üzvlərinə qarşı təzyiqlər edilir, onun özünün və ailə üzvlərinin internet və telefon xətləri qapadılıb, yaşadığı ev nəzarətə götürülüb, yanına gələn partiya üzvləri təhdidlərə məruz qalır və faktiki olaraq o, ev dustağı edilib.

 

YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katib, millət vəkili Elman Nəsirov Versus.az-a bildirib ki, hökumətə qarşı səslənən belə iddiaların heç bir əsası yoxdur. Onun sözlərinə görə, kimlərin nə deməsindən asılı olmayaraq Azərbaycan Dövlətinin rəhbəri hələ 2003-cü ildə etdiyi çıxışında hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağını bəyan etdi və onun hər bir azərbaycanlının prezidenti olmasını bu gün xalqımız daha çox hiss edir.

 

E.Nəsirov deyib ki, Əli Kərimli özü-özünü blokada vəziyyətinə salıb:

“O, qanunlara tabe olmaq istəmir. Bu karantin rejimidir. Bu rejim hər kəsə aiddir və burada heç kimin əlahiddə üstünlükləri yoxdur. O da hər bir vətəndaşı kimi SMS yazsın, 2 saatlıq icazəsini alandan sonra təlabatlarını ödəmək üçün addımlarını atmalıdır. Atılan addımlar, eyni zamanda Əli Kərimlinin bir Azərbaycan vətəndaşı olaraq sağlamlığını və təhlükəsizliyini qorumaq üçündür.  Bundan şou yaratmaq, başqa vasitələr üçün istifadə etmək düzgün deyil. Ona görə hesab edirəm ki, bu məsələlərdə bir qədər obyektiv olmaq lazımdır”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı