"Bunu ancaq alqışlamaq lazımdır"

09:44 24-04-2020 | icon 471 | Siyasət
"Bunu ancaq alqışlamaq lazımdır"

Fuad Əliyev: "Artıq iqtidar-müxalifət münasibətlərinin yeni mərhələsinə addımlamaq mümkündür"

 

"Dəstəyə təşəkkür bildirilməsini müsbət hal kimi qiymətləndirirəm".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından oğlu Abdul Oruclunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür etməsinə münasibət bildirərkən deyib.

 
"Həm dövlət başçısı İlham Əliyev tərəfindən göstərilən dəstək, həm də Əhməd Orucun ailəsi tərəfindən bu dəstəyə təşəkkür bildirilməsini müsbət hal kimi qiymətləndirirəm. Bunu ancaq alqışlamaq lazımdır" deyən partiya sədri vurğuladı ki, artıq 5 aydır ki, digər bir müxalifətçi Oqtay Gülalıyevin Türkiyədə müalicə xərclərini Heydər Əliyev Fondu tərəfindən ödənilir. F.Əliyev Əhməd Oruca və Oqtay Gülalıyevə Allahdan şəfa diləyib:

"Ümumiyyətlə, son vaxtlar hakimiyyət iqtidar-müxalifət münasibətlərinin normalaşmasında bir neçə müsbət addımlar atıb. Son günlərdə iki partiyanın qeydiyyata alınması kimi addımları da qeyd etmək olar. Bu günlərdə Ali Məhkəmənin plenum iclasında iki müxalifətçiyə bəraət verilməsini də buraya aid etmək olar".

 

ALDP sədrinin sözlərinə görə, hakimiyyət tərəfindən edilən müsbət addımlar karantin rejimində davamlı olarsa, onda iqtidar-müxalifət münasibətlərinin yeni mərhələsinə addımlamaq mümkündür.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı