"Bu cür xəbərlər heç də koronavirusdan az ziyan vurmayacaq"
Aydın Mirzəzadə: "Ömrünün qısalacağı xəbərinin təsiri altında yaşamaq psixiloji gərginlik yaradacaq"
"Bu günlərdə dünya və eləcə də Azərbaycan mətbuatında, koronavirusa yoluxub sağalan insanalrın bu səbəbdən ömürlərinin 10-13 il qısalacağı barədə alimlərin bəzi tətqiqatlarının nəticələri barədə məlumatlar yayılmaqdadır. Hesab edirəm ki, hətta bu nəticələr düz olsa belə onların geniş yayılması düzgün deyildir".
Versus.Az xəbər verir ki, bu barədə sosial şəbəkədəki hesabında millət vəkili Aydın Mirzəzadə yazıb.
Millət vəkili hesab edir ki, bu xəstəlikdən sağalmış insanlar və onların yaxınları xəstə sağaldıqdan sonra daima ömürlərinin qalan hissəsində ömürlərinin qısalacağı xəbərinin təsiri altında yaşamağa məcbur olacaqlar:
"Bu isə artıq psixiloji gərginlik yaradaraq, keçmiş xəstənin və onların yaxınlarının sağlamlığına heç də koronavirusdan az ziyan vurmayacaq".
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"