Meyxanaçı Samirəyə gələn sürpriz qutu onu ağlatdı

09:18 29-04-2020 | icon 1269 | Şou-biznes
Meyxanaçı Samirəyə gələn sürpriz qutu onu ağlatdı

"Gəlin toya mənim gəlinliyimdə daxil oldu"

 

Məşhur meyxanaçı Samirə Yusifqızıya canlı efirdə təqdim olunan sürpriz qutu onu göz yaşlarına boğub.

 

Versus.Az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olan sənətçi qutunu açdıqdan sonra kövrələrək, ağlayıb.

 

Samirənin gərginlik keçirdiyini görən şounun aparıcısı Vüsalə Əlizadə rejissordan reklam fasiləsinə çıxmasını xahiş edib.

 

Reklamlardan sonra Samirə qutunun içində ona məxsus gəlinliyin olduğunu bildirib. Gəlinlik qutudan çıxarılaraq əyani surətdə tamaşaçılara nümayiş olunub.

 

Daha sonra meyxanaçı onu göz yaşlarına boğan gəlinliyinin kədərli, bir o qədər də xoşbəxt tarixçəsindən söhbət açıb:

“Uzun illər öncə öz gəlinliyimi atasız və anasız, yetim bir gəlinə hədiyyə etmişdim. O qızın toyu idi. Mən də öz gəlinliyimi ona hədiyyə etdim. Bu gəlinliyimin nə az, nə çox düz 34 yaşı var. Mən onu 1986-ci ildə geyinmişəm.1990-ci ilin əvvəlində bir toya dəvət olundum. Söylədilər ki, bəy və gəlin çox imkansızdır. Cütlüyün arzusudur ki, onların toyunda siz oxuyasız. Qərara gəldim ki, toya təmənnasız gedib, iştirak edim.

Bəylə telefonda danışanda söylədi ki, xanımım anasını itirib. Mənim də imkanım yoxdur ki, ona gəlinlik alım. Qərara gəldim ki, gəlinliyimi o xanıma hədiyyə edəcəyəm. Kağıza büküb, bəyə söylədim ki, sizə hədiyyəm var. Gəlin də toya mənim gəlinliyimdə daxil oldu”.

 

Meyxanaçının sözlərinin təsiri ilə təəccübdən donub qalan aparıcı sənətçiyə daha bir sürpriz edib.

Vüsalə bildirib ki, həmin cütlük bu yaxınlarda oğullarına toy edirlər. Bu toyda da sizin iştirak etməyinizi xahiş edirlər.

Aparıcının xoş xəbərini eşidən Samirə Yusifqızı sevincdən göz yaşı axıdıb. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR