Xalq dövlətindən niyə narazı qalmalıdır?

12:33 01-05-2020 | icon 300 | Siyasət
Xalq dövlətindən niyə narazı qalmalıdır?

Razi Nurullayev: "Çoxları dövlət vəsaitini şəxsi vəsaiti kimi xərcləyib"

 

"Yüzlərlə milyoner və milyarder həmyerlimiz var. Onlar niyə Azərbaycana sərmayə qoymaq istəməyiblər? Çünki, onların başqa ölkələrdə qazandıqları pulları burada onların əlindən almaq istəyiblər. Açmaq istədikləri şirkətlərdə minumum 50 % pay istəyiblər"...

 

Versus.Az xəbər verir ki, bu sözləri Parlamentdə tribunadan çıxış etmək imkanı olmadığından özünün "facebook" hesabında yazan millət vəkili Razi Nurullayev deyib.

 

İlk öncə, Kamran Əliyevi Baş prokuror təyin edilməsi münasibətilə təbrik edən R.Nurullayev bildirib:

"Hörmətli Baş prokuror!

Bu gün ölkədə sosial sahədə aparılan işlər neft gəlirlərinin pik vaxtında görülən işlərdən daha çoxdur və daha keyfiyyətlidir. Təzad bundan ibarətdir ki, indi o zamanlarda ayrılan büdcə vəsaitlərindən ən azı 4-5 dəfə daha az vəsait ayrılır, amma daha çox iş görülür. Indi çox çətin vəziyyət olsa da bütün şəhərlərdə, rayonlarda aparılan bərpa-quruculuq işləri, çəkilən yollar, keçirilən sosial layihələr ruh yaradır. Belə çıxır ki, o zamanlar isə büdcəni silmək üçün hazırlayırdılar.

 

Dövlət ehtiyacları üçün ayrılan vəsaitlər bəzən 70-80% silinirdi. Bunu məsuliyyətlə deyirəm. Uzun zaman keçməyib, bu məsələlərin araşdırılmasını, hüquqi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edirəm. Milyardları mənimsəmək oyuncaq deyil, dövlətə xəyanətdir və siz yeni prokuror kimi bu məsələlərə işıq salmalı və xalqın gözləntilərini doğrultmalısınız.

 

Sizinlə görüşək, sizə çox məsələləri sadalayım. Xalq dövlətindən niyə narazı qalmalıdır? Çünki, çoxları dövlət vəsaitini şəxsi vəsaiti kimi xərcləyib. 1999-2009-cu illərdə xeyli sayda bələdiyyələrdə yüz milyonlarla vəsait oğurlanıb. Torpağın baha vaxtında hektarlarla əraziləri sataraq on milyonlarla vəsaiti oğurlayıblar.

 

Minlərlə dövlət müəssisələri, şirkətlər qəpik-quruşa özəlləşdirilib. Bunları araşdırın, üzə çıxarın. Bu xalqın sərvəti olub və onlar talan edilib. Inanıram ki, cənab Prezident də sizin qətiyyətli prokuror olduğunuzu nəzərə alaraq sizə bu yüksək etimadı göstərmişdir.

 

Siz bir mövzunu da deyim, üzə çıxarın. Yüzlərlə milyoner və milyarder həmyerlimiz var. Onlar niyə Azərbaycana sərmayə qoymaq istəməyiblər? Çünki, onların başqa ölkələrdə qazandıqları pullları burada onların əlindən almaq istəyiblər. Açmaq istədikləri şirkətlərdə minumum 50 % pay istəyiblər. Bu ölkəni dağıdıblar, talan ediblər, əziyyətini bu gün biz çəkirik və xalqla bərabər ən böyük əziyyətini ölkə rəhbərliyi çəkir. Inanıb önə çəkdiyi insanlar xəyanət yolu tutublar.

 

Bu məsələləri millət vəkilləri ilə müzakirə edin, cənab Baş prokuror!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR