200 manatlıq əskinasların dövriyyəyə buraxılması tənqid edili

16:21 24-05-2018 | icon 939 | İqtisadiyyat
200 manatlıq əskinasların dövriyyəyə buraxılması tənqid edili

"Azərbaycan Mərkəzi Bankının 200 nominallı əskinasları buraxması addımı hökumətin nağdsız ödənişləri stimullaşdırmaq və nağd əməliyyatları məhdudlaşdırmaq siyasətinə uyğun gəlmir".

 

Versus.Az APA-ya istinadən xəbər verir ki, İqtisadçı-ekspert Samir Əliyev bu gün Azərbaycana 200 nominallı puldan çox, 2 nominallı pul lazım olduğunu bildirib.

 

"Çünki 1 və 5 nominallı əskinaslar arasında hər hansı nominalın olmaması ödənişlər zamanı əhali üçün çətinlik yaradır. Mərkəzi Bank dövriyyəyə 2 nominallı pul buraxmaqla bu problemi aradan qaldıra bilər. Məlumat üçün deyim ki, məzənnəsi milli valyutamıza yaxın olan ölkələrdə 2 nominallı pul (bu daha çox metal sikkə şəklində olur) mövcuddur. Məsələn, Avropa avrosunu, Britaniya funtunu, Gürcüstan larisini, Belorus rublunu, Bolqarıstan levini, Braziliya realını qeyd etmək olar. Bu ölkələrin valyutalarının dəyəri manatın dəyərinə yaxın olduğundan (fərq ən çoxu 2 dəfədir) müqayisə üçün uyğun nümunə ola bilər. Adı çəkilən ölkələrdə avro və lari istisna ən böyük nominal 100-lükdür. Bu siyahıya Kanada və Yeni Zelandiya dollarının da əlavə etmək olar. Avrozona artıq 500 nominallıq əskinasdan imtina edir və dövriyyədə yığışdırılır. Bundan sonra ən yüksək nominal 200 avro olacaq. Ancaq avro zonanın həm iqtisadiyyatının, həm də əhalisinin gəlirlərinin həcmi bizimlə müqayisə oluna bilməz".

 

 

S.Əliyev əlavə edib ki, iqtisadiyyatı böyük ölkələr getdikcə iri nominallı əskinaslardan imtina edir və Avropa bunun bariz nümunəsidir.

 

"Maya dəyəri ucuz olmasına rəğmən iri nominallı pullar nağd dövriyyəni stimullaşdırmaqla yanaşı, pul kütləsinin iqtisadi subyektlərə effektiv yayılmasına əngəl yaradır. Çünki belə pullar iqtisadiyyatda ödəniş yox, daha çox yığım vasitəsi qismində iştirak edir. Azərbaycanda da belə olacaq. Daha çox yığıma gedəcək. Ancaq devalvasiyadan sonra əhali hələ ki, manatı yığım vasitəsi kimi istifadəyə tələsmir. İri nominallı pulu marketlərdə xırdalanması problemlər yaradacaq. Düşünürəm ki, Mərkəzi Bank təcili olaraq 2 manatlıq sikkələrin buraxılışına başlamalıdır. Yeni nominallı pulun psixoloji təsiri olsa da bu, uzunmüddətli olmayacaq".

 

Bununla belə iqtisadçı-ekspert hesab edir ki, 200 manatlıq əskinaslar devalvasiya və ya inflyasiya yaratmayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı