Şizofreniyanı müalicə etmək mümkündür
Yaponiyalı alimlər bu qənaətə gəliblər ki, şizofreniya beyinin ağ maddəsində yağ molekullarının çatışmazlığı ilə bağlıdır.
“Science” xəbər verir ki, onların iddiasına görə, məhz bu səbəbdən xəstəliyinin müalicəsində effektiv nəticə əldə etmək mümkün olmur.
Alimlərin fikrincə, bu molekullar mərkəzi sinir sisteminin fəaliyyətində və sinir impulslarının ötürülməsində mühüm rol oynayan oliqodendrositlərin yaranmasına təkan verir.
“Bu molekulların azalması insanlarda hallüsinasiya və reallıqdan qopma kimi fəsadlar yaradır”, - deyə məlumatda deyilir.
Xəbər lenti
Azərbaycanda dəhşətli hadisə
Piyadanın meyitini onu vuran yük maşınına qoydular