Paşayevadan güllələnmiş abidələrlə bağlı TƏKİLF

18:54 08-05-2020 | icon 402 | Siyasət
Paşayevadan güllələnmiş abidələrlə bağlı TƏKİLF

DEPUTAT: "Yaxşı olardı ki, bu heykəllər Şəhidlər Xiyabanına və ya Dənizkənarı Bulvara qoyulsun"

 

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında təklif edib ki, güllələnmiş abidələr Şəhidlər Xiyabanına qoyulsun.

 

 
 
Versus.Az xəbər verir ki, millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin iclasında işğalçı Ermənistan vandalizminin qurbanı olan Xurşudbanu Natavan, dahi Üzeyir Hacıbəyli, böyük Bülbülün heykəlləri barədə danışıb və abidələrin daha çox insan tərəfindən görülməsi üçün bir sıra təkliflərini bildirib.
 
 
Çıxışına 28 ildir işğal altında olan Şuşa haqqında danışaraq başlayan millət vəkili şəhidlərimizi rəhmət, sevgi və sayğı ilə anıb. O bildirib ki, bizi Şuşaya aparan yol daha da güclənən Azərbaycandan keçir. "Artıq uzun illərdir ki, bu ağrı ilə yaşayırıq. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik" deyən Qənirə Paşayeva vurğulayıb ki, hər kəs bu istiqamətdə məsuliyyətini dərk etməli və Prezidentin ətrafında sıx birləşməli, birliyimizi, həmrəyliyimizi daha da gücləndirməliyik.
 
 
Q.Paşayeva güllələnmiş abidələrin şəhidlər xiyabanına qoyulması təklifi ilə Nazirlər Kabinetinə müraciət edib:
 
“Şuşanın simvolu olan Xurşudbanu Natavan, dahi Üzeyir bəy Hacıbəyli və böyük Bülbülün heykəlləri işğalçı Ermənistan vandalizminin qurbanıdır. Heykəllərin hər 3-ü indi İncəsənət Muzeyinin həyətində saxlanılır. Amma ölkəmizə gələn rəsmi qonaqlar, xarici turistlər, o cümlədən vətəndaşlarımız bu muzeyi az hallarda ziyarət etdikləri üçün muzeyin həyətində olan heykəlləri də görə bilmirlər. Çox yaxşı olardı ki, Şuşanı və işğalçı Ermənistanın vandalizmini anlatan bu heykəllər Şəhidlər Xiyabanına və ya Dənizkənarı Bulvara qoyulsun. Çünki Şəhidlər Xiyabanına və ya Dənizkənarı Bulvara qoyularsa ölkəmizə gələn rəsmi qonaqlar, çoxlu sayda turistlər və vətəndaşlarımız bu heykəlləri görüb vəhşi erməni vandalizminin dəhşətlərinin yaxından şahidi ola biləcəklər.”
 
 
Mədəniyyət komitəsinin sədri Nazirlər Kabinetinin bu təklifə müsbət reaksiya verəcəyinə və məsələnin yaxın zamanlarda öz həllini tapacağına inandığını deyib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR