DTX-nın Türkiyə əməliyyatından böyük gözləntilər
Mürvət Həsənli: "Cəmiyyət və dövlət həmrəyliyi bu məsələdə öz sözünü deyəcək"
"Azərbaycan Respublikası yaxın gələcəkdə cənab Prezident İlham Əliyevin MİLLİ SATQINLIQ adlandıraraq dahiyanə təsvir etdiyi korrupsiya bəlasından və cibində Azərbaycan pasportu gəzdirərək COVİD-19 dövründə bütün sosial yükünü Azərbaycanın üzərinə yıxaraq Vətənimizin, dövlətimizin oğurlanmış pullarını Türkiyədə gizlədən tüllablardan da qurtulacaqdır".
Versus.Az xəbər verir ki, bu sözləri özünün "facebook" hesabında iş adamı Mürvət Həsənli yazıb.
M.Həsənli DTX-nin fəaliyyətinin ürəkaçan olduğunu bildirib:
"Ümidvaram ki, sözün əsl mənasında bu gün fəxr etdiyimiz DTX qardaş Türkiyədə MASAK ilə bir yerdə bu tüllabların mənbəyi izah olunmayan əmlaklarını aşkar edəcək və qısa zamanda Azərbaycan dövləti adından müsadirə prosesi başlayacaq. Cəmiyyət və dövlət həmrəyliyi bu məsələdə öz sözünü deyəcək".
Oğurluq pulları yerbəyer edən adamlara gəlincə, Mürvət bəyin fikrincə, onlara amnistiya tətbiq edilməli, “oğurluq sxemini izah etsəniz, məsuliyyətdən azadsınız” mesajı verilməlidir.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"