Putin Qələbə bayramı münasibəti Rusiya əhalisinə müraciət edib

12:20 09-05-2020 | icon 1389 | Dünya
Putin Qələbə bayramı münasibəti Rusiya əhalisinə müraciət edib

Faşizm üzərində Qələbənin 75 illiyi münasibəti ilə Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edib.

 

Versus.Az xəbər verir ki, ölkə başçısı Naməlum əsgərin abidəsi önündə çıxış edib.

 

O, Qələbənin 75 illik yubileyinin təntənəli şəkildə mütləq qeyd olunacağını, o cümlədən "Ölməz alay" yürüşünün keçiriləcəyini söyləyib:

"Biz bilirik  və inanırıq ki, birlikdə olan zaman yenilməzik. Bizim üçün Qələbənin mənəvi əhəmiyyəti dəyişməz olaraq qalır. Bizim üçün bu ən başlıca, ən əziz bayramdır. Biz hər zaman bu bayramı təntənəli və ümumxalq şəklində qeyd edirik. Qələbənin 75 illiyini də mütləq geniş və hər zaman olduğu kimi layiqli qeyd edəcəyik".

 

Daha sonra V. Putin Naməlum əsgərin məzarı önünə əklil qoyub. Prezidentin çıxışı bitəndən sonra Qələbənin 75 illiyi münasibəti ilə Rusiya Hərbi Hava Qüvvələrinin iştirakı ilə parad başlayıb. Hərbi Kosmik Hava Qüvvələrinə məxsus 76 texnika paytaxt Moskvanın səmasında aviaşou göstərib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR