"Bizim üçün əsas Cəmil Həsənlinin üzr istəməsidir"

14:27 15-05-2020 | icon 483 | Siyasət
"Bizim üçün əsas Cəmil Həsənlinin üzr istəməsidir"

Səxavət Soltanlı: “Gültəkin Hacıbəyli uzun illərdir yalnız Müsavata qarşı fəaliyyət göstərir”

 

“Biz Gültəkin Hacıbəylidən yox, Cəmil Həsənlidən üzr gözləyirik”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müsavat Partiyasının başqanının müavini Səxavət Soltanlı deyib.

 

O bildirib ki, partiya hələ gözləmə mövqeyindədir:

“Gültəkin Hacıbəyli və onun kimi digər böhtançı və yalançı adamların üzr istəməsini gözləmək bizim hüququmuzdur, amma onların üzr istəmək qabiliyyətinin olmaması onların şəxsi göstəriciləridir. Onlar ola bilsin hansısa formada ciddi səhv etdiklərini anlayacaqlar. Müsavat və digər müxalif partiyaları aşağı səviyyədə müzakirə etmək onlara başucalığı gətirmir. Müsavat Partiyasını bilən bilir, tanıyan tanıyır. Müsavatın fəaliyyəti göz önündədir”.

 

Soltanlı deyib ki, siyasətçi, ictimai fəal danışdığı, dediyi sözün məsuliyyətini dərk etməlidir:

“Gültəkin Hacıbəyli uzun illərdir yalnız Müsavat Partiyasına qarşı fəaliyyət göstərməklə məşğuldur. Bizim üçün əsas Cəmil Həsənlinin üzr istəməsidir. O da olmayandan sonra münasibətlərimizin necə olması ilə bağlı partiyanın xüsusi iclaslarında öz mövqeyimizi bildirəcəyik. İnsanlar səhvlərindən nəticə çıxarmasa, biz neynəyək? Partiyamızın mövqeyi açıqlanacaq. Amma yenə də ümid edirəm ki, onlar üzr istəyəcəklər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR