Aritmiyası və ürək çırpınması olanlar nə yeməlidir?

15:44 15-05-2020 | icon 628 | Sağlamlıq
Aritmiyası və ürək çırpınması olanlar nə yeməlidir?

Bu gün ürəyində ritm pozulması, nəbzin 100-dən yuxarı olması, aritmiya, taxikardiya və ürək çarpılması kimi simptomlar yaşayan insanlar çoxdur. Ürək bizim nə yediyimizə və içdiyimizə önəm verir.

 
 
Bu problemləri olanlar xüsusilə qida məsələsində diqqətli olmalıdırlar.
 
 
Versus.Az Medicina.az-a istinadən ürək və damarlar üçün faydalı olan, ritmi stabilləşdirməyə yardım edən qidaların və bitkilərin siyahısını təqdim edir.
 
 
Ürək üçün kaliy, maqniy, kalsium və dəmirlə zəngin qidalar seçilməlidir.
 
Bunlar: banan, cəfəri, kartof, kələm, balqabaq, günəbaxan, quru meyvələr, xurma, qoz, xiyar, paxlalılar, ispanaq, avokado, qarabaşaq, balıq, dəniz məhsulları, kəsmik, pendir, kök, çuğundur, ağ lobya, pomidor, nar və s.
 
 
Aritmiyası olanlar qırmızı üzüm şirəsi, təbii şərab, yağlı balıqlar, kəsmik, pendir, qoz, badam, giləmeyvələr, qırmızı bibər, pomidor, sobada bişmiş kartof, qarğıdalı, günəbaxan, qarpız, armud, şaftalı, ərik, nar, alma yeməlidirlər.
 
Eləcə də buğda yağı, zeytun yağı, kətan toxumu yağı istifadə etməlidirlər.
 
 
Nələri qəti olmaz:
 
- Bütün hisə verilmiş məhsullar, kolbasa, sosis, duzlu balıq
- Marinadlar, şoraba, duzlu, souslar
- Şəkər, un məmulatları
- Qızarma yeməklər
- Acı, ədviyyat
- Tünd qəhvə, çay olmaz
 
 
Bu adamlar az-az, tez-tez yeməli, mədəni çox doldurmamalıdır. Eləcə də çox gəzməli, artıq çəki varsa maksimum azaltmalıdırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR