Niyə bizdə o “əjdahadan” yoxdur?
Rüfanə Günəş
Bizim də Kut’ul Amaremiz olsun
Deməli belə, əvvəla salam. Sonra, necəsiniz?
Mən də yaxşıyam. Yox, əslində çox-çox pisəm. Bilirsiniz niyə? Dünən Ankarada idim. “Diriliş Ərtuğrul” serialının produseri yeni serial çəkir. Hər cümə axşamı TRT 1 kanalında tamaşaçının qarşısına çıxacaq. Adı da Mehmetçik Kut’ul Amare. Soruşacaqsınız ki, bundan bizə nə? Sən niyə pis olursan? Yaxşı sualdır. Amma mənim də yaxşı cavablarım var.
Bir çoxumuz çox gözəl bilirik ki, dünyada nə qədər çox silah olursa olsun, bu dövür informasiya müharibəsi üstündə qurulub. İnsanların beyninə ən yaxşı onlar təsir edir. Məsələn, elə götürək çəkilən filimləri, ya da serialları. Bilirsiniz də onlar insanların şüuraltına necə təsir edir? Dünən serialın ilk seriasını izləyəndə düşündüm niyə bizdə o “əjdahadan” yoxdur.
Təsəvvür edin, serialın elə birinci hissəsidən bu dünyada ilanın başının İngiltərə olduğunu çox gözəl bir şəkildə tamaşaçıya başa salırlar. Sonra ermənilərin xain olduğunu, türkün də hər zaman erməniyə yaxşı davrandığını da lap gözəl dillə ifadə edirlər. Ondan sonra vətən üçün kimliyindən asılı olmadan hər kəsin canından keçəcəyini də deyirlər. O vaxt başlayır damarında qanın qaynamağa. Sonra serialın adına bax, XX əsrin ən vacib döyüşlərindən birinin adı.
Serialın idea müəllifi Türkiyə prezidenti. Gəlib hər kəslə bərabər izləyir. Nə səhnəyə çıxmır, nə də çıxış etmir. Təəccüblənirəm. Bu adam həmişə danışır axı. Bəs indi niyə susur? Cavabı da özüm tapıram çünkü o, fərqindədir ki, o ekranın dili onun nitqindən daha təsirli olacaq.
Bəs biz? Hardayıq? Niyə yatırıq? Bizim niyə Kutul Amaremizi yazacaq ssenaristimiz, pul tökəcək film şirkətimiz, onu dünyaya tanıdacaq telekanalımız yoxdur? Biz tarixdə heç döyüşməmişikmi? Yazın da! Çəkin də! Tanıdın da! Niyə bitirisiniz o fakültələri? Niyə?!
Başda demişdim pis olmuşam, bax elə buna görə!
Xəbər lenti
Rusiyaya məxsus helikopter aerodromda məhv edildi
Helikopter Rusiya Ordusunun logistik ehtiyaclarını və təxliyə...