Nazirin xəstə olması xəbəri təkzib edildi

14:14 19-05-2020 | icon 600 | Mədəniyyət
Nazirin xəstə olması xəbəri təkzib edildi

Bir neçə gündür sosial şəbəkələrdə mədəniyyət naziri Əbülfəz Qarayevin işə çıxmaması, səhhətində problem yaranması ilə bağlı məlumatlar yayılıb.

 

İddiaların dəqiqləşdirilməsi üçün nazirin özü ilə əlaqə saxlamağa cəhdedilsə də, Əbülfəz Qarayevlə əlaqə yaratmaq mümkün olmayıb. Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov isə açıqlamasında yayılan məlumatları təkzib edib.



İntiqam Hümbətov Əbülfəz Qarayev haqqında yazılanların həqiqəti əks etdirmədiyini söyləyib və əlavə edib ki, nazir iş başındadır.

Daha sonra İntiqam Hümbətov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) nazirlikdə keçirdiyi əməliyyatla bağlı sualları cavablandırmaq istəməyib. Xüsusi ilə də əməliyyat zamanı özünün saxlanılması haqda danışmaq istəməyib. Bu haqda növbəti yazıda daha ətraflı məlumat verəcəyik.

 

İ.Hümbətov ildirib ki, DTX rəsmi məlumat yayıb və hazırda istintaq davam edir.



Xatırladaq ki, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu həbs edilib.

 

İttihama görə onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.

 

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər. /Musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”

BMT-də Fələstinlə bağlı səsvermə