Elmar Məmmədyarov istefa versin! - ÇAĞIRIŞ

21:56 19-05-2020 | icon 1529 | Siyasət
Elmar Məmmədyarov istefa versin! - ÇAĞIRIŞ

"Ermənilərin iddialarına mətbuat xidməti səviyyəsində iradəsiz cavablar verilməsi narazılıqların yaranmasının əsas səbəbidir"

 

Elmar Məmmədyarov və onun rəhbəri olduğu Xarici işlər Nazirliyi yenidən tənqid hədəfinə çevrilib. Bu dəfə də nazirin istefası tələb olunur. Ermənilərin son zamanlar Dağlıq Qarabağ ətrafındakı fəaliyyətini artırmasına, xarici işlər nazirləri səviyyəsində işğal olunan torpaqların geri qaytarılması istiqamətində aparılan danışıqlarla bağlı sərsəm açıqlamalarına rəsmi Bakının olduqca loyal və dişsiz cavabları narazılıqlara səbəb olub. Deputatlar səviyyəsində belə nazirin istefası tələb olunur.

 

Elmar Məmmədyarovun istefası, nazirlikdə ciddi islahatların aparılması məsələsi bu dəfə Paşinyanın mayın 21-də Dağlıq Qarabağda “andiçmə” mərasimi keçirəcəyi xəbərləri ilə gündəmə gəldi. Nazirliyin beynəlxalq müstəvidəki fəaliyyəti, ermənilərin iddialarına mətbuat xidməti səviyyəsində iradəsiz cavablar verilməsi narazılıqların yaranmasının əsas səbəbidir.

 

“Elmar Məmmədyarovu bir daha istefa verməyə çağırıram”


Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yenidən E.Məmmədyarovu istefaya çağırıb. 


Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi – Foto – Banker.az

“Mayın 21-də qondarma rejim Dağlıq Qarabağda keçirdikləri seçki şousunun "andiçmə" mərasimini keçirəcək. Son günlər Dağlıq Qarabağ ətrafında ermənilər bir xeyli siyasi iş görür. ABŞ-da 4 senatın bəyanatı, seçki şousu və s. Bunların qarşısında Xarici İşlər Nazirliyi nə edir? Heç bir ciddi iradə əks etdirməyən bəyanatlar yayır. ABŞ-da 4 senatın bəyanatından sonra XİN ABŞ-ın Azərbaycandakı səfirliyini çağırmalı və ciddi bir nota verməli idi. 1992-ci ildən ATƏT-in Minsk Qrupuna Xarici İşlər Nazirliyinin hansı bir təpkisini görmüsünüz? Heç bir”.

 

 

F.Ağamalı deyib ki, Xarici İşlər Nazirliyi Ermənistanla bağlı heç bir iradə əks etdirməyən bəyanatlar yayır.

 


“Nazir, müavinləri, şöbə müdirləri dəyişdirməlidir, XİN-ə demokratlar gəlməlidir”

 

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə açıqlamasında Xarici İşlər Nazirliyinin fəaliyyətinin qənaətbəxş olmadığını deyib.

 

Bildirib ki, nazirliyin fəaliyyətini fəallaşdırmaq lazımdır:


Hikmət Hacızadə: "Seçki komissiyalarının tərkibinə müğənniləri ...

 

 

“Nazirlikdə dəyişiklik etmək lazımdır. Yeni nazir olmalıdır, nazir müavinləri, şöbə müdirləri dəyişdirməlidir. Nazirliyə demokratlar gəlməlidir”.

 

 

 

 

 

 

“Azərbaycanın Xarici İşlər naziri milli adam olmalıdır, ana dilində sərbəst danışmalıdır”

 


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Xarici İşlər Nazirliyinin fəaliyyətini şərh edib.


Elxan Şahinoğlu “Real” TV-də veriliş açıb: “Bu sahədə boşluq var ...

Politoloq bildirib ki, Xarici İşlər Nazirliyində ciddi islahatlara ehtiyac var:

 

“Bu proseslərə yanaşma tərzi dəyişməlidir. Nazirliyin verdiyi açıqlamalar “Ermənistan bunu düz etmir”dən o tərəf deyil. Bunu deməklə iş bitmir. Xarici İşlər Nazirliyi hansı təsir vasitələrindən istifadə edərək işğala son qoyulmasının mümkün olacağını deməlidir. İndi nazirlik “bəyanat nazirliyinə” dönüb. Cəmiyyətdə də ciddi narazılıqlar var. Sonuncu dəfə xarici işlər nazirlərinin iştirakı ilə keçirilən videokonfransda Elmar Məmmədyarov erməni nazirlə koronovirusun nəticələrini müzakirə edirdi. Bu, bizə lazım deyil. Ermənistandakı koronovirusla bağlı vəziyyəti öyrənsək, bilsək nə olacaq? İşğaldan vaz keçəcəklər? Bu cür görüşlərin nəticə və səbəbləri bilinmir”. 

 

E.Şahinoğlunun fikrincə, ermənilər indi təxribatla məşğuldur:

“Dağlıq Qarabağda “andiçmə” mərasimi keçirmək istəyirlər. Biz bunun qarşısını almaq üçün nələr etməliyik? Vasitəçilər bu məsələyə niyə münasibət bildirmir? Vasitəçilər Şuşada, Kəlbəcərdə, Laçında məskunlaşdırmaya niyə göz yumurlar? Bu suallar Xarici İşlər Nazirliyi tərəfindən vasitəçilərə verilirmi? Verilirsə, bunun cavabları ictimaiyyətə açıqlanmalıdır”.

 

O, həmçinin qeyd edib ki, Ermənistanın təxribatlarına mətbuat xidməti səviyyəsində cavab verilməməlidir:

“Xarici İşlər Nazirliyinin mətbuat katibi peşəkardır, amma bütün bu işləri o tənzimləyə bilməz. Bu danışıqlar nazir səviyyəsində aparılmalı, açıqlamalar verməlidir. Başa düşürəm ki, nazirin Azərbaycan dilində danışıq səviyyəsi yaxşı deyil, amma rus dilində fikirlərini çox aydın ifadə edir. Lakin bu o demək deyil ki, suallar cavabsız qalmalıdır. Nazir rusdilli olduğu kimi nazirlikdə də xarici dil kimi rus dili üstünlük təşkil edir. Bu, belə olmamalıdır”.

 

Elxan Şahinoğlu söyləyib ki, indiki vəziyyətdə nazir istefa verməlidir: 

“Elmar Məmmədyarov uzun illərdir nazir vəzifəsindədir. Mən də Elmar Məmmədyarovla bağlı tənqidlərə qoşuluram. Düzdür, nazir təyin etmək, bu qərarı vermək prezidentin səlahiyyətindədir. Amma düşünürəm ki, bu haqda şikayətlərlə bağlı artıq ölkə rəhbərliyinə siqnallar çatır”. 

E.Şahinoğlu deyib ki, Xarici İşlər Nazirliyində ciddi islahatlara, nazirin dəyişməsinə ehtiyac var.

 

Sitat: “Milli bir nazirimiz olmalıdır və məsələlərə dövlətçilik baxımından yanaşmalıdır. Erməni həmkarı ilə danışanda üzü gülməməlidir. Çünki bu kimi hallar cəmiyyətdə narazılıqlara səbəb olur. Xarici işlər naziri mətbuata açıq olmalıdır, nazirliyin mövqeyi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmalıdır.

Nazirliyin bu fəaliyyətinin fonunda çox təhlükəli bir tendensiya müşahidə olunur. Ermənistan tərəfi Azərbaycana xeyli dezinformasiya ötürür. Ermənistan və Azərbaycan xarici işlər nazirləri, rəsmiləri arasında görüş olanda birinci bunu Ermənistan Xarici İşlər Nazirliyi yayır. Buna görə də bizim jurnalistlər ilk olaraq həmin məlumatlara istinad edir. Mən burada jurnalistləri qınamıram. Çünki ilk informasiyanı onlar yayır. Sonradan məlum olur ki, Azərbaycan informasiya məkanında dezinformasiya yayılıb və hətta rəsmilər səviyyəsində bu məlumatlar şərh edilib, faktiki olaraq rəsmiləşdirilib. Bu işlərdə Xarici İşlər Nazirliyi öndə olmalıdır ki, ermənilər bu informasiyaları yaymasınlar. Belə çıxır ki, bizim nazirlik proseslərin arxasında sürünür. Bizim torpaqlarımız işğal altındadır. Ona görə də Ermənistan bir addım atanda biz iki addım atmalıyıq. Bizim həm çevik nazirə, səfirlərə ehtiyacımız var”.

 

Mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb. /Musavat.com/

 

Versus.Az  

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı