Hacı İlqardan Cəmil Həsənliyə sərt CAVAB
Milli Şuranın rəhbərliyində istefalar var
Məlum olduğu kimi, Milli Şuranın "zoom müşavirə"si Azərbaycan cəmiyyətində müəyyən rezonans doğurub. Bu müşavirənin nəticəsində Milli Şuranın rəhbərliyində təmsil olunan bir sıra şəxslər qurumdan istefa veriblər.
Eyni zamanda Milli Şuranın sədri Cəmil Həsənli həm "zoom müşavirə"nin gedişində, həm də ondan sonrakı açıqlamalarında Azərbaycan cəmiyyətində nüfuzu olan bir sıra şəxslərə yönəlik ittihamlar səsləndirib. Milli Şura sədrinin açıqlamaları və ittihamları hədəfə alınmış şəxslərlə yanaşı, bir çox insanın ciddi narazılığına və sərt reaksilalarına səbəb olub.
Xatırladaq ki, Milli Şuranın sədri Cəmil Həsənlinin hədəfə aldığı nüfuzlu şəxslər arasında DEVAMM-ın rəhbəri Hacı İlqar İbrahimoğlu da yer alır. Və Hacı İlqar İbrahimoğlu Cəmil Həsənlinin həmin ittihamlarına sərt reaksiya ilə cavab verib.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"