Paşinyana qarşı sanksiya tətbiq olunacaq?

18:26 22-05-2020 | icon 824 | Geopolitika
Paşinyana qarşı sanksiya tətbiq olunacaq?

Fuad Çıraqov: "Ermənistan tərəfin bu cür addımlar atması beynəlxalq hüquqi prinsiplərə ziddir"

 

Məlum olduğu kimi ötən gün Azərbaycanın işğal altındakı Şuşa şəhərində Qarabağ separatçılarının yeni lideri Araik Arutunyana “andiçmə mərasimi” keçirildi. Mərasimə işğalçı Ermənistanın Baş Naziri Nikol Paşinyan da qatıldı.

 

Maraqlıdır, başqa bir ölkənin hökumət rəhbərinin işğal olunmuş bir ölkədə yaradılan qondarma quruma gələrək andiçmə mərasimində iştirakı beynəlxalq hüquqda necə qarşılanır və belə bir dövlət başçısına qarşı hansısa sanksiyalar nəzərdə tutula bilərmi?

 

Versus.Az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov bu barədə fikirlərini bildirib.

 

O, Ermənistan tərəfinin bu cür addımlar atmasının beynəlxalq hüquqi prinsiplərə zidd olduğunu desə də, hər hansı sanksiyanın tətbiqinin olmasının real görünmədiyini deyib: 

“Əslində Ermənistan baş nazirinin işğal edilmiş ərazilərimizə səfərindən əvvəl də bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək üçün beynəlxalq hüququn normalarının kobud şəkildə pozulmasına görə kifayət qədər əsaslar vardı. Ermənistanın beynəlxalq hüququn prinsiplərinə zidd fəaliyyəti və siyasəti ən müxtəlif mötəbər beynəlxalq təşkilatların sənədlərində öz əksini dəfələrlə tapıb. Amma beynəlxalq ictimaiyyət özünün qəbul etdiyi sənədlərin və prinsiplərin müvafiq olaraq reallaşdırılması üçün heç bir əməli fəaliyyət etməyib. Bu da dünyanın ikili standartlar reallığıdır. Əgər Ermənistan tərəfinə bununla bağlı hər hansı sanksiya tətbiq olunsa, yaxşı mənada təəccüblənib sevinərdim.

Məsələnin digər tərəfi isə qondarma seçkilərin inaqurasiya mərasiminin keçirilməsi üçün yerin məhz işğal olunmuş Şuşamızın seçilməsi hazırkı Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmaq istiqamətində növbəti təxribatlarından biri olduğunu göstərir. Bir daha Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həll olunmasında maraqlı olmadığını açıq aydın göstərdi”. /Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR