YA ŞEYX, GEDİN ALLAHINIZA DEYİN Kİ...

21:59 30-05-2018 | icon 1118 | Köşə
YA ŞEYX, GEDİN ALLAHINIZA DEYİN Kİ...

 

HÖNKÜRTÜNÜN VƏ NƏVAZİŞİN BƏSLƏDİYİ AUTİSTLƏR

 

İGİD TEYMURLU

 

Ya Şeyx, "Allah bizim Allahdı, keçər günahımızdan!”. Və doğrudan  a, keçəcəkmi, keçməyəcəkmi?... Doğrusunu Allah bilər...

 

Hələlik isə siz gedin Allahınıza deyin ki, ey yeri göyü xəlq edən, pullarını göyə sovurduğumuz Azərbaycan adlı məmləkətdə gözünün yaşını daşa çevirib Sənə doğru atan bir Atanın nə baş verdiyini anlamayan AUTİST ÖVLADından gizli hönkürtüsü və dərdini, ələmini göz yaşında yuyan, çimizdirən, ona qusul verən bir Ananın AUTİST ÖVLADI XATİRİNƏ aqressiyaya qarşı nəvazişi var!!! Və bu HÖNKÜRTÜ ilə NƏVAZİŞDƏ bizim oynadığımız islam oyunu. Ki, onu da mən Allahşükür Paşazadə düzənləyirəm. İndi də Sizin hüzurunuzdayam, ya Rəbbi! Gör Allahın Sənə nə söyləyəcək, ya Şeyx!..

Yetər daha, ya Şeyx, əməllərinizdən belə görürəm ki, biz Dilənən Allahın quluyuq. Müsəlmanların Allahı deyəsən qullarının əlinə möhtac.

 

Siz Məkkə səfərinizdə yerdəki Allahlardan la məkan Allaha salammı, ənammı aparırsınız, ya Şeyx?

 

Cənab PAŞAZADƏ, siz Allahın qarşısında islam oyunu oynayanda dərdləriylə baş-başa qalan AUTİST MƏMLƏKƏTİN AUTİST ÖVLADLARI Tanrılarına şükür edirlər!

 

Bizim qan ağlayan halımızın və sizin DİNDARDAN DAHA ÇOX QUŞBAZ OLAN ƏRƏB ŞEYXLƏRİNƏ həcc ayini payladığınız pulların aqibətinə görə get öz Allahına sual et. Get öz Allahına de ki, Azərbaycandakı adamlar mənim etdiklərim müqabilində Sənə necə şükür etsinlər, bunu mənə öyrət? Gör toplanan bu pula və qan ağlayan autistlərə görə Allahın Sənə bərəkallah deyəcəkmi?

4150 X 600 = 2 490 000 USD = 4 203 741 AZN


Bu, Azərbaycandan həccə gedə 600 nəfərin yol puluna vurulan rəqəmdir, ya Şeyx!!!

 

Və bu, o AZƏRBAYCANDIR Kİ, HƏR 7 UŞAQDAN BİRİ AUTİZM SİNDROMUYLA DOĞULUR BU MƏMLƏKƏTDƏ...

 

Və bu o Azərbaycandır ki, bir autist uşağın reabilitasiyası üçün ayda 1200-1500 manat para tələb olunur, ya Şeyx..

Və bu, o Azərbaycandır ki, bir milyon qaçqını, köçkünü əlini müsəlman olmayanların qarşısında açıb pay ummaqdadır!!!

 

Və bu, o Azərbaycandır ki, boynumuz müharibə adlı bir falaqqaydaykən qardaş qardaşı hansısa cihad adıyla xarici kəşfiyyatların formalaşdırdıqları cəhənnəmə səsləyir.

 

Və bu, o Azərbaycandır ki, islama görə fərdlər deyil, fərdlərə görə islama qiymət verilib sitayiş etdiklərimiz lağ obyektinə çevrilir.

 

Yarayarmı böylə davranış, ya Şeyx?

Səcdə etdiyimiz Allah bütün bunları eşidirmi, görürmü və duyurmu!!!

 

Ya Şeyx, Sən mənim qan qusduğum teştdəki suyu mənə Zəmzəm suyu kimi içirmə!

 

Hanı Haqqın Divanı, ya Şeyx?

Hanı Haqqın Ədaləti, ya Şeyx?

 

Ya Şeyx, autizm sindromlu uşaqların valideyinlərini Allaha asi edən yol Kəbəyə necə gedir?..

 

Sıyrıl öz cübbəndən, bunu mənə anlat, ya Şeyx...

Allahın ən böyük əsəri olan İnsan övladı olan AUTİST ÖVLADLARIN DƏRDLƏRİNƏ TÜPÜRMƏKLƏ Kəbə örtüyü altında pak olmağa çalışan Sən getdiyin həccdə Şeytanı deyil, Allahın Özünü daşa basırsan!..

 

ALLAHIN ŞƏRƏFLİ ƏSƏRİ tapdalanıb bu məmləkətdə!..

ALLAHIN ŞƏRƏFLİ ƏSƏRİ bir loxma çörəkdən ötrü fahişəliyə sürüklənib, lut qövmünə çevrilib bu məmləkətdə!..

 

ALLAHIN ŞƏRƏFLİ ƏSƏRİ üçün düzü-dünya yaradılsa da, balaca dünyamızın nemətləri bizlər üçün əlçatmaz olub bu məmləkətdə!..

 

Autistləşən cəmiyyətimizdə sizlərin ucbatından hər şey bizdən uzaqlaşıb, dərdlərimizlə baş-başa qalmışıq, Allah da kar kimi, kor kimi davranır bu məmləkətdə!..

 

QULLAR ÖZÜNÜ Allah sanmadadı bu məmləkətdə!...

İkili qibləyə namaz qılınır bu məmləkətdə, ya Şeyx!..

Yerdəki “Allahlar” BU MƏMLƏKƏTDƏ bizə Əyyuba verilən zülmü yaşadırlar!..

 

Yerdəki “Allahlar” hələ də anlamırlar ki, nə biz ruhi dözümdə Peyğəmbər gücündə deyilik, nə də onlar aldıqlarını qaytaracaq la məkan Allah Qüdrətində!..

Yerdəki “Allahlar” BU MƏMLƏKƏTDƏ bizə çoxallahlığı, riyakarlığı, ikiüzlülüyu, elə Allahın özü kimi 99 sifətdə olmanı təlqin edirlər!..

 

Və bütün bunların sonucunda sizlər bizə “Allah bizim Allahdı, keçər günahımızdan!” xütbənizi təlqin edirsiniz, ya Şeyx. Keçəcəkmi günahınızdan!? Doğrusunu Allah bilər, ya Şeyx!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR