"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

10:58 28-05-2020 | icon 1244 | Gündəm
"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

"Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Cumhuriyyət bayramınız mübarək!

Xalqımıza Azərbaycanın müstəqilliyinin, suverenliyinin əbədi olmasını, torpaqlarımızın işğaldan azad edilməsini, xalqımızın firavan, azad, demokratik, bütün hüquqların qorunduğu bir cəmiyyətdə yaşamasını arzulayırıq.

 

1918-ci ilin 28 mayında müsəlman dünyasında ilk dünyəvi demokratik Respublikanın qurulması xalqımızın milli nailiyyətidir və əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə bilavasitə bağlıdır.

 

Azərbaycan Demokratik Cümhuriyyəti dünya respublikaçılıq təcrübəsindən və quzeyli, güneyli Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnib. İki il ərzində mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirməsi ilk olaraq, Respublika banilərinin siyasi uzaqgörənliyindən, idarəçilik səriştəsindən, xalqa və dövlətə bağlılığından, sədaqətindən xəbər verir.

 

Yeni dövrdə müstəqillik əldə etmiş Quzey Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cümhuriyyətinin mirasına əsaslanıb.

 

Cümhuriyyətçilik ideyaları, müstəqillik və Azərbaycan Respublikasının bütövlüyü uğrundakı mübarizədə minlərlə insan canından keçərək, şəhid olub.

 

Bu gün Azərbaycanda yaşayan ən müxtəlif etnik qrupların nümayəndələri, Respublikamızın vətəndaşları çiyin-çiyinə müstəqilliyin daha da möhkəmlənməsi və demokratik idarəçiliyin qurulması uğrunda çalışmaqdadırlar.

 

Təəssüf ki, müstəqillik uğrunda mübarizə bizə itkisiz başa gəlməyib. Bu yolda minlərlə şəhid vermiş, torpaqlarımızın 20%-dən çoxunu – Qarabağımızı itirmişik.

 

İnsan haqları, demokratik azadlıqlar sahəsində problemlərimiz var. Regionda geosiyasi vəziyyət və idarəçilikdəki bəzi yanaşmalar, əsrin əvvəlində olduğu kimi müstəqilliyimiz üçün yeni xarici təhdidlər ümummilli problem olaraq qalmaqdadır.

 

Qarşıda duran bütün milli problemlərin həlli üçün respublikaçılıq, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında şərqdə ilk Respublika qurmuş tarixi şəxsiyyətlərimiz təbliğ edilməli, insanımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır.

 

Azərbaycan dövlətində yaşayan bütün insanları respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağa çağırırıq.

 

Bir daha hər birinizi Cümhuriyyət Günü münasibətilə təbrik edir və ölkənin demokratikləşməsi, dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda uğurlar arzulayırıq!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”