Orqanizmi ən yaxşı təmizləyən MƏHSULLAR

12:00 30-05-2020 | icon 573 | Sağlamlıq
Orqanizmi ən yaxşı təmizləyən MƏHSULLAR

İnsan orqanizminə hər gün qida, hava, su ilə bərabər müxtəlif ziyanlı maddələr də daxil olur. Digər tərəfdən ziyanlı maddələr orqanizmin özündə müxtəlif proseslərin nəticəsində əmələ gəlir. Mükəmməl yaradılmış insan orqanizmində bu ziyanlı maddələrdən təmizlənmək üçün bir neçə "təmizləyici" sistem var.

 

Versus.az xəbər verir ki, qaraciyər, böyrəklər, bağırsaqlar, dəri orqanizmi hər dəqiqə ziyanlı maddələrdən təmizləyir. Lakin bəzən orqanizmə düşən və ya burada əmələ gələn ziyanlı maddələrin həcmi o dərəcədə çox olur ki, orqanizm təmizləmə işinin öhdəsindən tam şəkildə gələ bilmir.

 

Bəzi məhsullar orqanizmdən ziyanlı maddələrin çıxarılmasını sürətləndirir:

Kələm. Qidalı liflərlə olduqca zəngin olan kələm bağırsaqları əsaslı şəkildə təmizləyir, burada yığılan toksinlər və ağır metalların xaric olunması prosesini sürətləndirir. Bundan əlavə kələmdə nadir U vitamini var ki, bu vitamin ziyanlı maddələri öldürür.

 

Çuğundur bağırsaqlar üçün 1 nömrəli təmizləyicidir. Çuğundur bağırsaqların mikroflorasını yaxşılaşdırır - pis bakterilərlə mübarizə aparır, yaxşı bakterilərin sayının artmasına kömək edir. Digər tərəfdən çuğundurda olan "betain" maddəsi qara ciyərdə təmizləmə prosesləri sürətləndirir.

 

Sarımsaq məşhur iltihab və mikrobəleyhinə vasitədir. Sarımsağın damarları xolesterindən təmizləmək xüsusiyyəti tibbdə çoxdan təsdiq olunub. Həmçinin sarımsaq orqanizmi burada yaşayan və allergiya, immunitetin zəifləməsi və s. problemlər yaradan qurdlardan təmizləyir.

 

Soğan da fitonsidlərlə zəngindir. Bu maddələr bir çox ziyanlı mikrobları və göbələkləri öldürür.

 

Pektin və liflərlə zəngin olan alma bağırsaqları şlaklar və toksinlərdən təmizləyir.

 

Avokado qaraciyəri çox yaxşı təmizləyir, onun funksiyasını yaxşılaşdırır, orqanizmi artıq xolesterindən azad edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı