Deputat "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunla bağlı təklif edib

18:57 31-05-2020 | icon 362 | Sosial
Deputat "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunla bağlı təklif edib

Razi Nurullayev: "Veteranlara verilən müavinətin miqdarı ölkə üzrə müəyyən edilmiş 160 manat ehtiyac meyarından 2 dəfə azdır"

 

Millət vəkili Razi Nurullayev milli məclisin iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 3-cü maddəsinə dəyişikliklərlə bağlı təklif edib.

 
 
Versus.Az xəbər verir ki, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, şəhidlərin ailə üzvlərinə dövlət tərəfindən güzəşt və imtiyazlar müəyyən edilməsini vurğulayan R.Nurullayevin sözlərinə görə, pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi göstərdi ki, bu kateqoriyadan olan şəxslərin daha çox qayğıya ehtiyacı var və keçmiş döyüşçülərin maddi və sosial durumları ürəkaçan deyil.
 
 
Millət vəkili qeyd edib ki, veteranlara verilən müavinətin miqdarı 80 manatdır. Bu məbləğ ölkə üzrə müəyyən edilmiş 160 manat ehtiyac meyarından da belə 2 dəfə azdır:
 
"Yeri gəlmişkən, 80 manata görə keçmiş döyüşçülərə və onların həyat yoldaşlarına 190 manat məbləğində bir dəfəlik yardım belə verilmədi. Ancaq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən dövlətimiz veteranlara əmək haqqının minimum səviyyəsindən az olmayan yaşayışa təminat verir. Bildiyimiz kimi, bu il ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilib. Bu baxımdan hesab edirəm ki, keçmiş döyüşçülərə ödənişlərin miqdarı artırılmalı və minimum əmək haqqı miqdarına çatdırılmalıdır.
Ümumiyyətlə veteran, qazi, şəhid ailələrinin maddi və mənzil şəraitinin yaxşılaşdırılmasına dair təkliflər Milli Məclisə, müvafiq orqanlara təqdim olunub, mənə də müraciətlərin sayı çoxdur. Hesab edirəm ki, bu məsələlərə yenidən baxılmalıdır, veteran qazi, şəhid ailələrinin maddi və mənzil şəraitinin yaxşılaşdırılması kompleks şəkildə aparılmalıdır".
 
 
SEVDA
Versus.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı