Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, parlamentdə təmsil etdiyi Tovuz rayonunun orta məktəblərində təhsil alan 500 şagirdə, onların maraq dünyasına və yaşına uyğun kitablar hədiyyə edib.
Versus.Az xəbər verir ki, kitablar təhsildə fərqlənən uşaqlara verilməsi üçün bir sıra məktəblərə hədiyyə edilib.
Daha öncələr də dəfələrlə kitabbağışlama aksiyası keçirən Q.Paşayeva budəfəki aksiyanı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təşkil edib.
Bu bayramların qlobal pandemiya ilə bağlı müəyyən məhdudiyyətlər şəraitində keçirildiyini qeyd edən Q.Paşayeva, şagirdlərə və müəllimlərə 1000 ədəd qoruyucu maska da hədiyyə edib. Şagirdlərə öz şəxsi gigiyenalarına diqqət etməyi tövsiyyə edən millət vəkili onları virtual və ya tele-dərs formatında da olsa, dərslərdən geri qalmamağa çağırıb.