İqbal Ağazadə Prezidentə müraciət etdi - VİDEO

21:27 03-06-2020 | icon 856 | Siyasət
İqbal Ağazadə Prezidentə müraciət etdi - VİDEO

İqbal Ağazadə: "İctimai-siyasi xadimlərimizə, yazıçılarımıza, şairlərimizə, sənət adamlarımıza müraciət edirəm ki, onlar da bu addımı dəstəkləsinlər"

 

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan Prezidenti İlham Əliyevə, ictimai-siyasi xadimlərə, yazıçılara,şairlərə, sənət adamlarına Ermənistanın işğalda saxladığı Şuşanın 270 illiyi ilə bağlı müraciət edib.

 

Versus.Az xəbər verir ki, müraciətdə deyilir:

 

"Bu il Şuşanın əsasının qoyulmasının 270 illiyidir. Azərbaycan Respublikasının Prezidentinə, vitse-prezidentinə müraciət edirəm. Təklif edirəm ki, Şuşanın 270 illiyinin təntənəli keçirilsin və bütün ölkə boyu təşkil olunsun.

 

Ayrı-ayrı icra strukturları da, tədris ocaqları da bunu bu ilin iyun ayından etibarən gələn ilin iyun ayına qədər bir il müddətində keçirsinlər. Şuşanın əsası 1750-51-ci illərdə Pənahəli xan tərəfidən qoyulub. Baxmayaraq ki, bəzi mənbələrdə ermənilər Şuşanın əsasının guya daha əvvəl, 1428-ci ildə qoyulduğunu iddia edirlər, bu yanlışdır.

 

Hər kəs bilir ki, Pənahəli xan ilk dəfə şəhərin əsasını Pənahabad adı ilə qoyub və orada Qarabağın ətraf kəndlərindən 17 məhəllə formalaşdırılıb, insanlar oraya köçüb. Şuşa Qarabağın hər yerindən gəlmiş adamlardan təşkil olunub və uzun müddət də Azərbaycanın mədəniyyət beşiyi, sənət beşiyi, siyasi mərkəzi olub.

 

Ona görə də çox istərdim ki, bu məsələlərə xüsusi diqqət ayrılsın və Şuşanın 270 illiyinin keçirilməsi üçün xüsusi sərəncam verilsin.

 

Bu məsələ üçün, Mədəniyyət Nazirliyinə müraciət olunmalı, ziyalılarımız prezidentə müraciət etməlidir. Ola bilsin ki, bu, tək mənim müraciətimlə olmaya da bilər, amma buradan yazıçılarımıza, şairlərimizə, sənət adamlarımıza müraciət edirəm ki, onlar da bu addımı dəstəkləsinlər, prezidentə müraciət etsinlər və Şuşanın 270 illiyinin keçirilməsi tarixə düşsün, sənədli filmlər də çəkilsin ki, o şəhərin məhz yaranışından ta işğalınadək yalnız bizə məxsus olduğunu, Azərbaycan şəhərsalma mədəniyyətinin, söz mədəniyyətinin, sənət mədəniyyətinin bir parçası olduğunu bir daha dünyaya sübut edək".

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR