Bakıdan Yerevana CAVAB

11:16 05-06-2020 | icon 306 | Siyasət
Bakıdan Yerevana CAVAB

Leyla Abdullayeva: "Azərbaycanın səbri tükənməz deyil"

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.

 

Versus.az L.Abdullayevanın cavabını təqdim edir:

- Dünən Ermənistan XİN-i Azərbaycan tərəfindən səsləndirilən anti-erməni bəyanatları barədə şərh verərək, bunun Ermənistan və bölgə üçün təhlükəli olduğunu iddia etdi. Bu barədə sizin fikirlərinizi öyrənmək istərdik.

- Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi bəyanatları və nümayiş etdirdiyi davranışları xüsusi şərhə ehtiyac duyur. Təcavüzkar ölkənin rəhbərliyinin Ermənistanın başlatdığı müharibənin nəticələrini aradan qaldırmaq yerinə, onun nəticələrinin, yəni Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalının möhkəmləndirilməsi və yüz minlərlə məcburi köçkünün hüquqularının pozulmasının davam etdirilməsinə yönələn cəhdləri, bu ölkənin başında duranların öz məsuliyyətini tam dərk etməməsi ilə yanaşı, elə öz ölkəsinin və əhalisinin gələcəyinə biganə qaldığını göstərir.

 

Minlərlə dinc insanın axıdılan qanı, məhv edilmiş həyatı, yüz minlərlə insanın pozulmuş haqqları, eləcə də beynəlxalq öhdəliklərin kobudcasına tapdalanmasına görə cavabdeh olan, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin işğalını rədd edən birmənalı mövqeyi, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları ilə məsuliyyəti təsbit olunan Ermənistanın nə hüquqdan, nə qanundan, nə də demokratiyadan danışmağa, üstəlik digərlərinə məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur.

 

Təcrübə göstərir ki, Ermənistan tərəfi arqumentlərinin tükəndiyi və deməyə söz tapmadığı bir vaxtda Azərbaycandakı anti-erməni hissiyyatı mövzusunu gündəmə gətirməyə çalışır. Lakin bölgədəki iki xalq arasındakı bu nifaqın kökündə elə Ermənistanın əsassız ərazi iddiaları və təcavüzkar siyasəti dayandığını görməzdən gələn işğalçı ölkənin rəhbərliyi, bu düşmənçiliyin və münaqişənin nəticələrinin aradan qaldırılması üçün də heç bir addım atmır, reallıqdan, praqmatizmdən və konstruktivlikdən uzaq kor siyasət yürüdür. Bu siyasətin nəticəsində isə ilk növbədə, Ermənistan ağır fəsadlarla üzləşə bilər.

 

Əgər Ermənistan rəhbərliyi, rəsmi İrəvanın açıqlamalarında səsləndirildiyi kimi, bölgədə sülh və təhlükəsizliyi düşünürsə o zaman işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarmalı və əhalisini sülhə hazırlamalıdır. Siyasi iradəsini isə danışıqlar masası arxasında əldə olunan konkret nəticələrlə nümayiş etdirməlidir. Çünki nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR