Hesablama Palatası KİVDF-dən Baş Prokurorluğa ŞİKAYƏT EDİB

00:58 11-06-2020 | icon 554 | KİV
Hesablama Palatası KİVDF-dən Baş Prokurorluğa ŞİKAYƏT EDİB

Hesablama Palatası kollegiyasının növbəti kollegiya iclası videoformat şəklində keçirilib.

Palatadan Versus.az-a verilən məlumata görə, iclasda bir neçə məsələ müzakirə edilib:

“İlk olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) büdcəsinin 2019-cu  ildə icrası ilə bağlı illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə olunub.  Kollegiya tərəfindən DNF-nin  2019-cu il büdcəsinin icrası barədə illik hesabatın layihəsi  məqbul hesab edilərək Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün Azərbaycan Respublikasının Dövlət Neft Fonduna göndərilməsi qərara alınıb”.

 

Həmnçinin iclasda 2020-ci ilin İş Planının icra vəziyyəti müzakirə edilmiş, pandemiya şəraitinin təsirləri qiymətləndirilmiş və cari ilin İş planına dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul olunub:

“Kollegiya, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə edib. Auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş olunmuş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı