“Bu səbəbdən xəstə xüsusi pəhriz saxlamalıdır”

10:48 14-06-2020 | icon 1326 | Sağlamlıq
“Bu səbəbdən xəstə xüsusi pəhriz saxlamalıdır”

Nərminə Abbasova: “Stomatitin müalicəsi onu törədən səbəblərdən asılıdır”

 

Stomatitlə demək olar ki, hər bir insan nə vaxtsa qarşılaşır. Bu xəstəliyə həm uşaqlarda, həm böyüklərdə çox tez-tez təsadüf edilir. Xoralar ağızın yumşaq toxumalarında - dodaq, yanaq, diş əti, dil, damaqda rast gəlinə bilər. Xoraya səbəb ağızın selikli qişasının iltihabıdır. Belə ki bakteriyalar stomatitin inkişafına səbəb olur. Bu, gigiyena qaydalarına riayət etməməsi, immun sistemini zəifləməsi, ağız boşluğu selikli qişasının travmaları zamanı mümkündür”.

 

Bu xəstəliklə bağlı Versus.Az-a Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA danışıb.

 

Nərminə xanım bildirib ki, bəzi hallarda xora hətta qida borusunda da yerləşə bilər:

 

“Əksər hallarda xoralar 1-2 həftə ərzində öz-özünə keçir və az narahatçılıq verir. Əgər stomatit yüksək hərarət, dəridə suluqların əmələ gəlməsi və sair simptomlarla müşayiət olunarsa, mütləq həkimə müraciət edilməlidir. Bunu da bilmək mütləqdir ki, bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu stomatitin inkişafına səbəb ola bilər. Bu dərmanların arasında: antibiotiklər, epilepsiya əleyhinə preparatlar, xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar da var”.

 

Həkim deyir ki, stomatitin iki əsas növü var. Bunlar Aftoz stomatit və Herpes stomatitdir:

 

 

“Avtoz stomotit qırmızı haşiyəli ağ və ya sarımtıl xoralar ilə xarakterizə olunur. Tək və ya topa halında yerləşə bilər, daha çox yanağın daxili səthində və damaqda rast gəlinir, yoluxucu deyildir”.

 

 

Həkim-terapevt deyir ki, buna mümkün səbəblər travma, breket zədəsi, yanağı, dili dişləmək, xərçəng üçün kimya terapiyası, ağız quruluğu, siqaretçəkmə, bakterial və ya virus infeksiyası, immun sistemin zəifləməsi, cinsi yolla keçən infeksiyalar, stress, güclü kimyəvi maddələrdən qıcıqlanma, allergik reaksiya, isti içki və qidanın səbəb olduğu yanıqlardır.

 

 

Qeyd edildiyi kimi, stomotitin ikinci növü herpes stomatitidir. N.Abbasovanın sözlərinə görə, herpes stomatiti “uçuqlama” olaraq bilinən, daha çox dodaq ətrafında rast gəlinən yaralardır:

 

 

“İçərisi maye dolu və ağrılı olur. Xora yaranmazdan əvvəl yerində qıcıqlanma, yanma hissi və həssaslıq olur. Belə xoralar quruyur və üzəri sarı qabıq bağlayır. Herpes stomatiti olduqca yoluxucudur”.

 

Nərminə xanım xəstəliyin müalicəsindən də bəhs edib. Bildirib ki, stomatitin müalicəsi onu törədən səbəbdən asılıdır:

 

 

“Bu səbəbin aradan qaldırılması stomatitin təkrar yaranmasının qarşısını alır. Yerli olaraq isə ağrını azaltmaq və sağalma prosesini sürətləndirmək üçün yerli kortikosteroidlər, antibiotiklər, anestetiklər istifadə oluna bilər”.

 

 

Həkim-terapevt vurğuladı ki, stomatitin təkrar yaranmasının qarşısını almaq üçün yumşaq diş fırçası istifadə etmək, qidalanma və su balansına nəzarət etmək, xroniki ağız quruluğunu müalicə etmək, antiseptik ağız yaxalama sularından istifadə etmək tövsiyə olunur.

Nərminə xanım onu da qeyd etdi ki, stomatit zamanı ağız boşluğunun selikli qişası iltihablaşmış olur. Bu səbəbdən xəstə xüsusi pəhriz saxlamalıdır. Qida yumşaq, yüngül, ilıq olmalı, menyuda əsasən tərəvəz püreləri, suplar yer tutmalıdır. Şirin, istiotlu, turş, isti, qızardılımış qidalar, qəhvə, şokolad əks-göstərişdir:

 

 

 

“Bəzi xalq təbabəti üsulları da stomatit zamanı çox yaxşı müalicəvi effekt verir. Çobanyastığı, kalendula bitkisindən hazırlanan dəmləmə ilə qarqara çox yaxşı təbii antiseptikdir. Propolis dəmləməsi ilə qarqara da çox yaxşı kömək edir”.

 

 

 

DİQQƏT!

 

Əgər stomatitdən müalicə olunmaq istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR