"“İt sürüsü” deyən adam Ramiz Mehdiyevin təyin etdiyi deputatdır"

18:35 19-06-2020 | icon 938 | Siyasət
"“İt sürüsü” deyən adam Ramiz Mehdiyevin təyin etdiyi deputatdır"

Hafiz Hacıyev: "Dövlət başçısına xəyanət edən qüvvələr elə bil sıraya düzülüb"

 

“İşdən çıxarılan, məmur təbəqəsinin başında dayanan şəxs bu gün bunu sindirə bilmir. Elə bir vəziyyət yaranıb ki, onlar hakimiyyətdən uzaqlaşmalarını qəbul edə bilmirlər və zaman-zaman etdikləri xəyanəti bu gün davam etdirirlər. Bununla da ölkədəki vəziyyəti gərginləşdirirlər”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

"Ramiz Mehdiyev, Eldar Mahmudov lap elə Əbülfəs Qarayev, yaxud..."

 

Partiya sədri ölkədə baş verən hadisələrə və digər məqamlara münasibət bildirib:

“Onların hakimiyyət dairələrində müəyyən qolları bu gün də qalmaqdadır. Həmin insanların vasitəsilə, ölkədə milləti qıcıqlandırırlar. Baxırsan ki, təyin edilmiş deputatlar vasitəsilə xalqı qıcıqlandırırlar. Məsələn, biri millətə “it sürüsü” deyir, onu deyən adam Ramiz Mehdiyevin təyin etdiyi deputatdır. Polisin içində olan dəstə yatdığı yerdə milləti sürüyüb evindən çıxardır. Bundan başqa, vaxtilə radikal müxalifəti maliyyələşdirən və bu gün müxalifətə gizli dəstək verən insanlar bu gün bir yerdədirlər. Yəni, bunların hamısı göz qabağında olan insanlardır. Artıq bu məsələlərdə başlayıblar dövlət başçısına müxtəlif yollarla təzyiq göstərirlər. Ümumiyyətlə, ölkədə qarışıqlıq yaratmaq istəyirlər. Artıq bu qarışıqlığı da yaradıblar, bünövrəsini qoyublar. Bu gün də göründüyü kimi, Azərbaycanda təxribatlar baş verir, güc strukturlarında olan bəzi insanlar müəyyən yerlərə həmlə edirlər. Radikal qüvvələrə, Avropadan, Qərbdən maliyyələşən qüvvələrə vaxtilə belə deyək, əsgər analarını meydana çıxardan Ramiz Mehdiyev, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov kimi insanlar və yaxud hakimiyyətdən uzaqlaşdırılan nazirlər, uzağa getməyək, lap elə Əbülfəs Qarayev. Yəni, bunların əllərində milyardlarla kapital var. O kapitalı artıq hakimiyyət, dövlət daxilində mübarizəyə yönəldiblər.

Götürək icra başçılarını. Bu gün rayonlarda nə qədər böyük problemlər var. Rayonlarda su yox, qaz yox, kənd təsərrüfatı üçün də susuzluqdan əziyyət çəkirlər, quraqlıq hökm sürür. Yəni, bunların edənlərin hamısı icra başçılarıdır. İcra başçılarının başında aparatda kim durur? Zeynal Nağdəliyev. Zeynal Nağdəliyev, kimi kadrıdır? Birbaşa Ramiz Mehdiyevin kadrıdır. Bu gün rayonlarda işlərin getməməsinin başında,  yaxud da rayon icra  hakimiyyətinin tutulmasının başında duranlar kimdir? Aparatda bu sahədə Zeynal Nağdəliyev çox ciddi müqavimət göstərir. Bu insanların hamısı bu gün birləşibdir. Vaxtilə də, elə bu gün də Ramiz Mehdiyevin kadrlarıdır. Bunlar parlamenti də bu günə saldılar. Parlamentin əksəriyyəti üzdə Prezidentə sadiqdir. Üzdə bir söz deyirlər, arxada başqa iş görürlər".

 

"KİV-ə ayrıaln pullar yeyildi, jurnalistlərə ayrılan evlər başqa-başqa insanlara paylaşdırıldı"

 

H.Hacıyev Azərbaycanda mətbuatın düşdüyü vəziyyətdən də danışıb:

“Bu gün bütün sahələr iflic vəziyyətinə salınıb. Eləcə də, mətbuatı iflic vəziyyətə salıblar. Götürüb tənqidi mətbuatı məhkəməyə verirlər. Cənab Prezident deyir ki, mətbuat mənim dostumdur, mənim köməkçilərim olmalıdır. Bəzi insanlar bunun əksinə gedirlər. Yəni, bu gün Prezidentin dediyinin hamısının əksinə getmək istəyirlər. Bunun da başında Ramiz Mehdiyev durur. Bu gün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu 100 min pul qaytarıbdır. İndi də cinayət işi açılıbdır. Yəni, bunu o vaxtdı görmürdü? Dövlətə xəyanət edən cənab ağsaqqal, özünü ağsaqqal edən, bunu görmürdü? Əlbəttə, görürdü. Sadəcə o, bu prosesi hazırlaya-hazırlaya gəlirdi. Kütləvi İnformasiya Vasitələrinə ayrıaln pullar yeyildi, jurnalistlərə ayrılan evlər başqa-başqa insanlara paylaşdırıldı.

Ramiz Mehdiyev də çalışır ki, ölkədə qan tökülsün, təxribat olsun. Vaxtilə İlham Əliyev haqqında nələr dediyini mənim 2010-cu il 17 mart tarixində “Xural” qəzetində geniş müsahibəm olub. Həmin müsahibə bu gün arxivdədir, götürüb baxa bilərsiniz. Yəni, bunları 10 il bundan qabaq demişəm. Çox təəssüf ki, mən bunları o vaxt deyəndə, bəziləri az qalırdılar məni asıb-kəssinlər. Mənə böyük təzyiqlər göstərirdilər, var qüvvələri ilə məhv etmək istəyirdilər. Amma özümü qoruya bildim”.

 

"Bunların hamısı o “qoca”nın kurasiyasında olan insanlardır"

 

Partiya sədri Yasamalda baş verən son hadisələrə də toxunub:

“Bu gün ermənilər bizim polislərin Yasamalda etdiklərini Ermənistan telekanallarında bizim gözümüzə soxurlar. Avropa Şurasında, ATƏT-də, Avropanın, Qərbin siyasi institutlarının hamısı bizi tənqid atəşinə tutub. Bunu edənlərin artıq hamısı bəllidir. Bu məsələrin hamısı dediyim o “qoca”nın kurasiyasında olan insanlardır.

Azərbaycan hakimiyyətinin daxilində dövlət başçısına xəyanət edən qüvvələr elə bil sıraya düzülüb. Ermənilər deyirlər ki, bizə deyirsiniz azərbaycanlılarla bir yerdə yaşayın, amma onlar öz vətəndaşlarını yatdığı yerdən sürüyüb çıxarırlar. Əlbəttə, polisin içində mərifətli insanlar da var. Xəstəlik dövründə öz çörəyini aparıb başqasının uşağına verənlər də var, dərman alıb aparanlar da var. Yəni, bunlar da var. Amma içərisində dediyim xəttə işləyən qüvvələr də var.

O cümlədən Zakir Qaralov çıxandan sonra dövlətin, millətin pulunu götürdü, gedib Gürcüstanda kazinolar açıb. Gürcüstanda olan müəyyən qüvvələrlə birgə Azərbaycanda olan qüvvələrlə iş birliyindədir. Bunların hamısı faktdır, bunların hamısını biz son zamanlar demişik, bu gün də deyirik. Yəni biz, vəzifəsindən gedəndən sonra dalınca danışmırıq.

Azərbaycan hökumətinin içində yenə həmin qüvvələr var. Yenə təxribatla məşğul olan qüvvələr var. Bu gün Azərbaycanda nə qədər böyük qanun pozuntuları baş verir. Məhkəmələrdə ədalətsizlik baş alıb gedir. Bunların hamısı nədir? Xalqı narazı salmaq, xalqla dövlət arasında böyük bir qalmaqal yaratmaq. Burada cənab Prezidentin apardığı uğurlu işlərə, xalqı ilə bir yerdə olmasına, bir yerdə təmas qurmasına qarşı gedən qüvvələr var.

 

"Başlayıblar ermənilərə ciddi “pas” verməyə ki..."

 

Bu qüvvələr də başlayıblar ermənilərə ciddi “pas” verməyə ki, biz vəhşi dövlətik, biz idarəolunmaz insanlarıq. Onlar da bütün dünyaya car çəkirlər. Deyirlər ki, siz bizə azərbaycanlılarla əməkdaşlıq, bir yerdə yaşamaq təklif edirsiniz. Amma bunlar öz vətəndaşına qarşı görürsünüz nə əməl törədirlər?

Bunlar hamısı Azərbaycan dövlətçiliyi üçün böyük zərbələrdir, böyük xəyanətdir. Xəyanət bəs nətər olur? Bu ölkədə dövlət başçısına sadiq insanlar çox azdır. Çox sağ olsun, Əli Nağıyev. Çünki dövlət təhlükəsizlik baxımından rahatdır. Amma gəlin görək, başqa sahələrdə rahatlığımız varmı? Yoxdur. Məhkəmələrdə niyə bu qanunsuzluqlar olur? Azərbaycanı harada qınayırlar? Azərbaycanı nədə top atəşinə tuturlar? Azərbaycanda insan hüquqlarının pozulmasında, mətbuat azadlığının boğulmasında. Cənab Prezident açıq danışır, səmimi danışır. Amma bu gün gedib Xural TV-nin baş redaktoru Əvəz Zeynallını təhqir edirlər, təhdid edirlər. Zaur Qəriboğlunu təhdid edirlər, demokrat.az saytını məhkəməyə verirlər”.

 

“Zakir Qaralovun özündən başqa müavininin qızlarının adına milyonlarla nələrsə çıxıbdır. Niyə bunlar həbs edilməməlidir? Bunların hamısı çöldə qaldıqca, qorxurlar və tutulmamaqdan ötrü radikal qüvvələrlə birləşirlər. İstər xaricdə, istərsə də daxildə radikal qüvvələrlə birləşirlər ki, Azərbaycanda dövlət başçısına xəyanət etsinlər və sonra da yaddan çıxsınlar. Mən buradan bütün partiyalara çağırış edirəm: bunların qarşısını almaqdan ötrü dövlətçiliyə xidmət etməliyik. Biz xaricin, Avropanın, Qərbin əlinin altında, o cümlədən Ramiz Mehdiyevin müxalifətinə dəstək verməməliyik. Niyə Ramiz Mehdiyev mənimlə düşmən oldu? Çünki onun dediyini mən yerinə yetirmədim. Çox istədilər ki, İlham Əliyevlə mənim aramda narazılıq olsun, mən dedim ki, cənab Prezidenti müdafiə etmişəm, ömrümün axırına qədər də müdafiə edəcəm. Bu gün əl-ələ verib dövlət başçısına kömək etməliyik. O da çox cəsarətli şəkildə başladığı islahatları aparıb axıra qədər davam etdirməlidir”. /demokrat.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR