ELÇİBƏY...

11:18 24-06-2020 | icon 1946 | Köşə
ELÇİBƏY...

Sevən də yazır haqqında, sevməyən də...


ÜLVİYYƏ ABIŞOVA

 

Elçibəy... sevən də yazır haqqında, sevməyən də. Hətta müsabiqə də keçirilir... Tədbirlər və sair. Kİmisi səmimi, kimisi yox. Amma Elçibəyi qəlbdən sevən bir başqa sevir. Onda da sevib, indi də sevir.

 

Maraqlıdır, özü keçirilən tədbirlər, yazılan yazılar, müsabiqələr haqqında nə deyərdi?.. İnanardımı hər kəsin səmimiyyətinə?.. Qəbul edib-etməyəciyini deyə bilmərəm, amma hər kəsi olduğu kimi, öz təbirincə desək, təbii hal kimi qəbul etmək gərəkdyini söyləməsini duyar kimiyəm...

 

Elçibəyə görə, ona inandığıma görə instituta daxil olan kimi ilk işlərimdən biri AXC dayaq nöqtəsinə gedib bu partiyaya üzv olmaq olub. Elçibəy prezident seçilən kimi ilk işim də o partiyadan çıxmaq olub. Əsla onun prezident olmasını istəmirdim...

 

İnstituta gəlib görüş keçirmişdi tələbələrlə. O görüşdən qalardımmı - əsla...

Əvvəl yazılı sual vermişdim, görüşdən sonra bir 15 dəqiqə söhbət də edə bildim, suallarımı da verdim. Şəkil də çəkdirdim.

 

Sevirəm dünyanın faniliyini dərk edərək bu dünyaya o prizmadan baxan insanları. Elçibəy də onların xasıydı. Hər şeyin nə qədər keçici, ötəri olduğunu dərk edərək dəyərlərindən kənar hər şeyə bir o qədər etinasız, təlaşsız, təşvişsiz yanaşan İNSAN, böyük İnsan...

 

Sevirəm səni, qınayaraq da sevirəm, bəyənərək də sevirəm, var ikən də sevmişəm, varkən də sevirəm... dərk edərək, səmimiyyətimlə sevirəm səni... fanatın deyiləm. Heç kimsəni ideallaşdırmadığım kimi, səni də heç vaxt ideallaşdırmamışam. İdeallaşdırmadan səni, ideyalaşdıran, ideya daşıyan kimi sevirəm səni...

Bir meteor kimi Azərbaycan səmasında parlayıb getdin... Meteor kimi, çünki bu millət sənini kimisini bir daha nə zaman tanıyar, nə zaman qazanar, nə zaman doğru qəbul edər - Allah bilir.

 

Bəy, niyə bizi yağışdan çıxarıb yağmura verdin - yenə Allah bilir. Amma bu bir az insafsızcasına olmuş sanki. Nə deyərdin???

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR