BİR BİLET PULUYLA YARATDIĞIMIZ DÖVLƏT
Xaqani Ədəboğlu
Başbuğumuz Böyük M.Ə. Rəsulzadəyə ithaf edirəm…
Bəzi özündən «üləmalar» kitab — zad oxumadan, Milli hökuməti İrəvanı ermənilərə verməkdə günahlandırırlar. Amma bu dövlət quran babalarımızın Tiflisdən Gəncəyə gəlməyə yol pulu tapmadıqlarını, həyasız hayların Avropada döymədikləri qapı qalmadığını, hay quldur dəstələrinin Bakı daxil bütün Azərbaycanda (hətta Cənubda Qacar xanədanlığında da) törətdikləri qırğınları və tam bu gün olduğu kimi pullu biqeyrət milyonçularımızın yığdığı və miras kimi annalara, lizalara, nataşalara qalan milyonlarının bu millətə heç bir aidiyyatı olmadığını deməzlər.
Bakının məşhur milyonçularından olan Murtuza Muxtarovun bolşeviklər evinə daxil olarkən, özünü güllələmədən öncə yazdığı son məktubdan bu sətrləri xatırlatmaq istərdim: “Bakı neftindən böyük pullar qazandıq… Ağlagəlməz qədər böyük pullar… Həmin pulllarla Bakını alınmaz bir qalaya çevirə bilərdik… Amma biz neylədik?.. Bu şəhəri əyləncə, qumar, kazino mərkəzinə çevirdik… Bu da nəticəsi!”…
Bilirsiniz, dövlət quran babalarımız qatara bilet pulu tapmayanda, Muxtarov Liza Tuqanovanın eşqiylə Vladiqafqazda məscid tikdirirdi. Yaxud Musa Nağıyevin indiki reallıqla hesablanmış varidatı 50 milyard dollar idi. Onun bu milli gələcəyimizə bircə qəpiyi xərcləndimi? Gedin araşdırın və öz qeyrətsizliyinizə uyğun olanlardan yazın. Məhəmməd Əmin Rəsulzadəyə dil uzadan adam ən azı ermənilərlə eyni əqidədə olanlardır. Paşinyan onun şəklini nümayiş etdirən kimi Azərbaycandan verilən reaksiyaları görməmək, kor olmaq deməkdir. Bir ölkənin tarixçisi vicdansızdırsa, o millət uçrumun başında durduğuna əmin olmalıdır…
İrəvanın erməniləşməsinin özülünü Rusiya imperializmi hələ məlum 1828-ci il 21 mart tarixli çar Fərmanıyla qurmuşdur. Türkmənçay Müqaviləsi çərçivəsində Rusiya İmperiyasının tərkibinə daxil olan keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayəti yaradıldı. Axalkalaki, Lori, Qazax və Dağlıq Qarabağ kimi yüksək dağlıq ərazilərin bəzi şərq bölgələri bölgəyə daxil deyildi. (Акты Кавказской Археографической Комиссии. т. VII, док. № 437). Ermənilər rus çarının bu fərmanını (1828-1840-cı il) əsas tutub adı keçən hər yerə iddia edirlər. Ermənilərin artan imkanlarından narahat olan çar hakimiyyət dairələri onların hüquqlarının məhdudlaşdırılması üçün fəaliyyətə keçdi. 1903-cü ildə erməni-qriqorian kilsəsinin əmlakının müsadirə edilməsi haqqında fərman verildi. Erməni-qriqorian kilsəsinin rəhbərliyi ilə çar hökumətinə qarşı terror hərəkatı başlandı.
Çar hökuməti 1903-cü il təcrübəsini nəzərə alaraq, bu hadisələrdən erməni-qriqorian kilsəsinə deyil, daşnaklara qarşı istifadəyə üstünlük verdi. Burada daşnakların gənc türklər ilə yaxınlaşması da öz təsirini göstərdi. Daşnaklar üzərində 1907–1908 və 1911-ci illərdə məhkəmə quruldu. Rusiya “erməni məsələsi”ndə təşəbbüsə yiyələnmək üçün Osmanlı dövlətinə təzyiqi artırırdı. Nəticədə, 1914-cü ilin yanvarında erməni islahatına dair müqavilə imzalandı.
Yaxınlaşan I Dünya müharibəsi ilə bu müqavilə əhəmiyyətini itirdi. Rusiya siyasi rıçaqlardan — ermənilərdən öz siyasəti üçün vasitə kimi istifadəyə keçdi. Ermənilər də müqavilə ilə yaradılmış vəziyyətdən istifadə edərək, Osmanlı ərazisində dövlət yaratmaq iddiası ilə ruslarla ittifaqı gücləndirməyə çalışdılar.
Bununla da ermənilərin Osmanlı ərazisində dövlət yaratmaq iddiası real şəkildə ortaya çıxdı. Beləliklə, ermənilərin dövlət yaratmaq iddiasının “Azərbaycan layihəsi” yeni, “Osmanlı layihəsi” ilə əvəz olundu. Bunları xatırlatdım ki, beyinsiz tarixçilərimiz, heç olmasa öncə tarixi şəraiti öyrənib, sonra ortaya çıxsınlar.
İkinci bir imperialist antitürk plan ortaya atan ingilislər, Qara dənizlə Xəzər dənizi arası əraziləri türksüzləşdirilməsi kimi mürtəce faşist layihəsinə qarşılıq olaraq, Osmanlı Ədirnədən Qazağadək türk zolağı planı irəli sürdü. Osmanlı məğlub olduğuna görə birinci plan, hətta Stalin dövründə də qüvvədə idi və Krım tatarları, Mesheti türkləri, Borçalı, İrəvan, Naxçıvan türkləri, noqaylar, qaraçaylar, çeçenlər və s. köçürülməsi davam etdirildi. Anlaya bilirsinizmi?
İrəvana erməni köçürülmələri I Dünya müharibəsində daha da çoxaldı. Osmanlıdan ərazilərə 500 min köçürmə erməni faktı var. Yəni Milli hakimiyyətə qədər, hətta 1905-ci illərdə də vəziyyət ağır idi. Bizim o vaxtkı vəziyyətimizi hələ M. S. Ordubadi «Qanlı illər» adlı əsərində «erməni təhlükəsi qarşısında qeyrətsiz İrəvan bəylərinin şəcərə davası döymələrini», yaxud «Qarabağda Zəngəzur qırğınları günlərində quş uçurdan qeyrətsiz Cavanşir bəyləri Pivarovla ziyafət içində idilər» kimi ifadələrlə tənqid etmişdi. Bunun tək günahkarı bizlərin QEYRƏTSİZLİYİDİR. Bu gün Rəsulzadədə günah axtaranlar, bilin ki, o qeyrətsizik quyularından çıxanların törəmələridir…
İngilislər 1922-ci ildə yayınladığı Stanford’s general map of the World-a məxsus Dünya xəritəsinin «Ümumi xəritələr» bölümündə təsvir edilən Ermənistan xəritəsini diqqətinizə çatdırıram. Buraya Trabzon, Ərzurum və Van gölü daxildir.
Xəritə 1920-ci ildə Vaşinqtonda çəkilmişdi və bu xəritədə heç zaman mövcud olmayan qondarma «Wilson Armeniya«sı əks olunub. Heç 1920-ci ildə də bu xəritə bölgədəki siyasi reallığa uyğun gəlmirdi. Çünki Ermənistan heç vaxt Britaniya xəritəsində göstərilən hüdudlara malik olmayıb. Yəni Ermənistanın yaradılması bir imperiya planıydı və bu işin mandatı ABŞ -a verilmişdi.
Milli Hökumət qısa zaman kəsiyində əldən çıxmış 99 faiz ərazinin demək olar ki, 90 faizinə hakim olmağı bacardı. Paytaxtı işğal edilmiş bir ölkədə dövlət quranları qınayanlar, öz halal -hümmət arvadlarının əlindən 30 ildi televiziya pultu ala bilməyənlərdir və məcburən baxdıqları serialların bivec «kişiləri» kimi danışırlar.
Milli hökumətdə yanlış axtaranların bu günümüz haqqında nə deyəcəklərini düşünün. M. Ə. Rəsulzadə İstanbudan Bakıya oktyabrın 7-də (1918-ci il), yəni xeyli əvvəl, göndərdiyi teleqramında, faktiki olaraq, vəziyyətin dəyişdiyini izah etmişdi: «Siyasi durum tamamilə dəyişib. Sülh Vilson prinsipləri əsasında təklif olunub. [İstanbulda] konfrans olmayacaq. Ermənilər Qarabağı istəyir. Biz təcili olaraq [Milli] Məclisin iclasını çağırıb, Avropada təbliğata başlamalıyıq. Biz [Azərbaycana] qayıtmağa hazırıq. Əlimərdan bəy Avropaya səfərə çıxmağa hazırlaşır».
Qarşıda əli qanlı imperialistlər və Tiflisdən Gəncəyə gəlmək üçün ciblərini töküb yalnız bir nəfərə qatar bileti ala bilən 4 mücahidə bu gün dil uzadanların kimliyinə baxmağa ehtiyac varmı? Əlbəttə xeyr!
Pulunu bu günkülər kimi sevən biqeyrətlərimiz yüzlərcə idi. Sanmayın ki, bu gün fərli bir işlə məşğuluq. Onlar cəhənnəm, bunlar barı bu dövləti ac-yalavac quranların adlarını çəkməyəcək dərəcədə düşükdürlər.
Keçək İrəvan məsələsinə. Məğlub Osmanlının Sədrəzəmi Tələt paşa və Hərbi nazir Ənvər paşanın etirazlarına baxmayaraq, Batum konfransında iştirak edən nümayəndə heyyətinin rəhbəri Ədliyyə naziri Xəlil bəy Menteşe və Qafqaz Orduları komandanı Ferik Vehip paşa Azərbaycan torpaqları hesabına ABŞ mandatıyla və Vilson prinsipləri əsasında Ararat Respublikası yaratmaq tərəfdarı kimi gənc Azərbaycan Cumhuriyyətinə təzyiq edirdilər. Əslində Anadoluda yaradılmasına söz verilən qondarma bir dövlət Qafqazda yaradıldı. Bu barədə Nəsib bəy Usubbəyli 27 may 1918 -ci il verdiyi bilgilər saxlanılır (AR Dövlət Arxivi fond 970,siyahı 1,iş 1,vərəq 46). 27 may 1918-ci ildə Batum konfransından qayıdan Nəsib bəy Usubbəyli fövqaladə iclasa belə məlumat vermişdi: ”Türkiyə nümayəndə heyətinin fikrinə görə Zaqafqaziyanın tərəqqisi üçün ən başlıca təminat Zaqafqaziya xalqlarının həmrəyliyi və birliyidir ki, buna nail olmaq üçün Azərbaycan tərəfi ermənilərə müəyyən qədər ərazi güzəştə getməlidir” (Bax:AR Dövlət Arxivi, fond 970, siyahı1, iş 1 vərəq 46).
Ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmet Vehib paşa (əslən arnaut, albaniyalı, Qurtuluş savaşına qatılmayan birisi) Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər ki, bununla erməniləri Anadoludan uzaqlaşdırmaqla, həm Osmanlı-erməni münasibətləri biryolluq nizama salınacaq, həm də “erməni məsələsi” ilə bağlı Osmanlı dövlətinə qarşı beynəlxalq qınağa son qoyulacaq. Ona görə də Azərbaycan Milli hökumətinə ciddi təzyiqlər etməyə başlamışdılar. Hətta, Gürcüstan və Ermənistanı İstanbula konfransa müzakirələrə çağıran Osmanlıya Azərbaycan bu münasibətə görə nota verməyə mcbur olmuşdu. Üstəlik, Qafqaz İslam Ordusu komandanlığı Milli Hökumətin varlığını sonadək qəbul etmədi və sonu da məlum. Bunlardan niyə danışmırsınız?
Milləti çaşdırmayın. Adam olun. İrana tarix yazan fırıldaqçı Ktesiyin nəvələri kimi ortalıqdan çıxın.
Azərbaycan bu güzəştə qarşılıq istəyirdi. Öncə müddətli müqavilə və şərtlər irəli sürüldü. Erməni tərəfi Azərbaycan və Osmanlı tərəfləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi üzərinə götürdü:
«Həmin öhdəliklər aşağıdakılar idi:
1) Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Şaumyanla əlaqəyə girib, Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır.
2) Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaqdır.
3) Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.
4) Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.
5) Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.
Bununla belə, bağlanmış sazişlərdə verilən ərazilər mübahisəli ərazilər kimi qeyd edilmişdi. Niyə bu sənədləri qaldıran yoxdu? Sual budur və İrəvanı da, Qarabağı da burada axtarın. Hərçənd ki, qulaqlarınız bolşeviklərin yalanlarına öyrəşib, amma «cidanı cuvalda gizləmək mümkün deyil».
Cənubda ingilis torunda milçək kimi uyuyan Qacarlar, Almanların əliylə oyuna gətirilən başını itirmiş Osmanlı, şimalda isə «nə edəcəyi bilinməyən qanlı Velikorus şovinizmi ilə yanaşı ölkəni xarabazara çevirmiş 45 minlik erməni quldur dəstələri və bölgədə hər daşın altda barmağı olan İngiltərəyə qarşı duruş gətirmiş Azərbaycan Xalq Cümhuriyyəti…
Ermənilər tarixən İrəvan və Dağ Borçalı ərazilərini Azərbaycan və Gürcüstandan qopararaq, bir dövlətcik qurdular. Tarixdə ilk dəfə hay-boş qaraçıları dövlət qura bildilər (Jorj de Molvil). Bu hadisə ilə bağlı alman diplomatı zarafatla demişdi: «Osmanlı ermənilərə Sevan gölünü verdi ki, çimsinlər, amma çıxıb qurulanmaq üçün dayanmağa yerləri yoxdu»…
…Qurulanmaq üçün isə yeri də şərəfsiz kommunistlər peşkəş etdilər…
Tarix amansız şeydir və bu gün Çarizm dövründə erməni vilayətinidəmi Rəsulzadə yaratmışdı? Harada idi İrəvanın başbilən bəyləri?
Harada idi, məmləkətin pullarını madamlara, madumazellərə yem edənlər? Məmləkətin paytaxtı işğalda, ölkənin 80%-i işğala və talana məruz qalmış, 45 minlik dişinəcən silahlanmış daşnak quldur dəstələri, milli satqınlar, arvadı erməni məmmədyarovlar, satqın əzizbəyovlar, üzdəniraq qarayevlər, xain hacınskilər və bolşevik quldurlarının basqınları, başdan — başa qaçqınlarla, savadsız, avam rəiyyətlə dolu bir yerdə Tiflisdən Gəncəyə gəlmək üçün ciblərini töküb yalnız bir nəfərə qatar bileti ala bilən 4 mücahidə bu gün dil uzadanların kimliyinə ad tapa bilmədim. Yəqin ki Tarix bunların adını özü verəcək…
...Bircə faktı isə heç unutmayın. Sizin bu gün yox başınızla aşağılamaq istədiyiniz o hökumət, 27 il danışıq apardığımız Qarabağı, Lazım-zad gözləmədən 12 günə azad etmişdi…
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...