Elmar Məmmədyarovdan XƏBƏR VAR

17:55 06-07-2020 | icon 550 | Siyasət
Elmar Məmmədyarovdan XƏBƏR VAR

Bu ilin 6 iyul tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi ilə videokonfrans formatında görüşü baş tutub.

 

Xarici İşlər Nazirliyindən (XİN) Versus.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın Aİ yanında Nümayəndəliyinin rəhbəri və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri də iştirak ediblər.

 

Görüşün başlıca məqsədi Azərbaycan və Aİ arasında ikitərəfli tərəfdaşlıq gündəliyinə daxil olan, eləcə də Azərbaycanın Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı məsələlərinin müzakirəsi olub.

 

Xarici İşlər naziri COVID-19 pandemiyasının təsirlərinə qarşı mübarizə sahəsində Aİ-nin ölkəmizin milli səylərinə dəstək göstərən yardımlarına görə təşəkkürünü bildirib, bu çərçivədə bundan sonra da əməkdaşlığın praktiki istiqamətlərdə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Videokonfrans zamanı Aİ-nin qaydalara əsaslanan dünya nizamı üzrə bölüşülən dəyərləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək verilməsi ilə bağlı prinsipial mövqeyi Azərbaycan Xarici İşlər naziri tərəfindən məmnunluqla qeyd edilib, tərəflər Şərq Tərəfdaşlığı ölkələrinin gələn il keçirilməsi nəzərdə tutulan zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş ilə bağlı müzakirələr aparılıb və bu sazişin yekunlaşdırılması ilə bağlı hər iki tərəfin maraqlı olduğu vurğulanıb. Yaxın zamanlarda tərəflərin saziş üzrə danışıqları yenidən davam etdirəcəyi qeyd olunub və danışıqlarda irəliləyişin əldə olunmasına dair ümid ifadə olunub.

 

Tərəflər, həmçinin Vahid Aviasiya Məkanının yaradılması haqqında Saziş, Tərəfdaşlıq Prioritetləri, Azərbaycanın Aİ proqramlarında iştirakı, vizaların ləğvi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Enerji və nəqliyyat bağlılığı sahələrində əməkdaşlıq məsələləri üzrə müzakirələr aparan Azərbaycan və Aİ rəsmiləri hər iki istiqamətdə mövcud olan böyük layihələr və onların gələcək inkişafı perspektivlərini nəzərdən keçiriblər.

 

Görüşün sonunda növbəti Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının keçirilməsi barədə fikir mübadiləsi baş tutub.

 

Hər iki tərəf mövcud qlobal pandemiya şəraitində onlayn müzakirələrin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, pandemiyadan sonra birbaşa təmasların və görüşlərin təşkilini razılaşdırıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı