İgid Teymurlunun döyüş yoldaşı vəfat etdi

17:34 07-07-2020 | icon 870 | Şəhidlər və şahidlər
İgid Teymurlunun döyüş yoldaşı vəfat etdi

Zöhrab Alıyev 713 nömrəli hərbi hissənin ən cəsur döyüşçülərindən olub

 

"Sözün Özü də acizdir bu şitəmi söyləməyə... Öncə anası, üstündən qısa müddət ötməmiş qardaşı və bütün bunlardan sonra dərdlərə dözməyən yurd həsrətli Ürəyin Özünün dayanması!"

 

Bu sözləri Versus.Az İnformasiya Agentliyinin siyasət şöbəsinin redaktoru İgid Teymurlu keçmiş döyüş yoldaşı Zöhrab Alıyevin ölümündən yazarkən bildirib.

 

Qeyd edək ki, Laçın rayon Polis Şöbəsinin əməkdaşı, Qarabağ müharibəsi veteranı, polis mayoru Zöhrab Alıye koronavirusa yoluxduğuna görə ötən gün Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

 

53 yaşlı Z.Alıyev bu gün xəstəxanada vəfat edib.

Allah Zöhrab qardaşımıza, onun anasına və qardaşına rəhmət eləsin!

 

Alıyev Zöhrab 713 nömrəli hərbi hissənin ən cəsur döyüşçülərindən olub.

 

QEYD: Alıyev Zöhrab İbrahim oğlu 22 may 1967-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

 

1974-cü ildə Laçın rayonunun Mişni kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirib.

 

1982-1984-cü illərdə Binəqədi rayon 22 nömrəli texniki peşə məktəbində oxuyub. 

1985-1987-ci illərdə Qazaxıstanda aviasiya qoşunlarında sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Ordudan tərxis olunduqdan sonra 1987-1990-cı illərdə “Qafqazeneryimontaj” müəssisəsinin xəttilə Rusiya Federasiyasının Novosibirsk şəhərində su xətlərinin çəklişiylə məşğul olub.

1990-cı ildə Azərbaycana qayıdır. Elə həmin ildən 1992-ci il 10 aprel tarixinə qədər Keşlə maşınqayırma zavodunun Laçın filialında işləyib.

Erməni qəsbkarları tərəfindən Laçın rayonu işğal olunandan sonra könüllü olaraq 713 nömrəli hərbi hissəyə yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci rotanın tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

19 oktyabr 1992-ci ildə yaralandıqdan sonra qospitala yerləşdirilir. Müalicə olunduqdan sonra Füzuli bölgəsində gedən hərbi əməliyyatlarda iştirak edib.

 

Laçın rayonunun polis qüvvələri tərkibində döyüş yolu keçib.

1994-1996-cı illərdə Mərdəkanda xüsusi orta polis məktəbində oxuyub.

1996-cı ildən bu ilədək Laçın polisində xidmət edib.

 

 

Başda 713 nömrəli hərbi hissənin döyüşçüsü olmaqla, Versus.Az İnformasiya Agentliyinin bütün kollektivi ZÖHRAB ALIYEVə rəhmət, məhrumun yaxınlarına səbr diləyir.

 

Allah rəhmət eləsin!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni zəfər tarixini yazan əsgərlərdən biri - İLQAR BÜRCƏLİYEV

Prezident və Birinci vitse-prezident Ağdama səfər ediblər - VİDEO

“Ağdamın yerində xarabalıq görmək məni çox incidir” - MÜSAHİBƏ

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO