"Həkimin vəziyyəti Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir"

19:16 09-07-2020 | icon 372 | Siyasət
"Həkimin vəziyyəti Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir"

Qənirə Paşayeva: "Cavid həkimin tezliklə sağalması üçün nə mümkünsə edilir"

 

"Əziz dostlar, “COVİD-19” virusuna yoluxmuş və vəziyyəti ağırlaşan dəyərli həkimimiz – ATU-nun Tədris Cərrahiyyə Klinikası Reanimasiya şöbəsinin müdiri, özü virusa yoluxmuş yüzlərlə xəstəni xilas etmiş Cavid Paşayevin səhhətindən narahat olan, sosial şəbəkələrdə paylaşımlar edən bütün vətəndaşlarımıza məlumat vermək istəyirəm ki, həkimin vəziyyəti Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir".

 

Versus.Az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva bildirib.

 

Millət vəkili qeyd edib ki, bir qədər öncə Prezidentin köməkçisi Anar Ələkbərovla danışılıb:

 

"Anar müəllim Cavid Paşayevi müalicə edən həkimlərlə tez-tez şəxsən əlaqə saxladığını bildirdi və Cavid bəyin sağalması istiqamətində bütün addımların atıldığını dedi. Hörmətli Anar müəllim fədakar həkimimizin müalicəsinin dəyərli Mebriban xanımın şəxsi nəzarətində olduğunu da bildirdi.

Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk. İnşallah, dövlət rəhbərliyinin şəxsi diqqət və qayğısı ilə, öz həkim həmkarlarının fədakarlıqları sayəsində və əlbəttə, onun üçün narahatçılıq keçirən hər kəsin duaları ilə, dəyərli Cavid həkimin sağalması ən böyük diləklərimizdən biridir.

Bir daha bildirmək istərdim ki, Cavid həkimin yüksək səviyyədə - intensiv müalicəsi və tezliklə sağalması üçün nə mümkünsə edilir".

 

Q.Paçayeva fürsətdən istifadə edib, yenə vətəndaşlarımıza müraciət edərək, özlərini, doğmalarını qorumağa çağırıb:

 

"Sizlərin sadə tələblərə əməl etməyiniz (maska taxmaq, məsafə saxlamaq, sanitar-gigiyenik qaydaları gözləmək) özünüzün, ailənizin ümumən xalqımızın, dəyərli həkimlərimizin daha çox qorunmasına xidmət deməkdir".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR