"Bu, planlı görüş deyildi, gözlənilməz görüş oldu"

11:25 11-07-2020 | icon 573 | Siyasət
"Bu, planlı görüş deyildi, gözlənilməz görüş oldu"

Fuad Əliyev: "Artıq iqtidar-müxalifət dialoqu baş tutmuş sayılır" 

 

Prezident Administrasiyasının (PA) Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müxalif siyasi partiya rəhbərləri ilə görüşləri ənənəvi hal almağa başlayıb. Son olaraq, PA rəsmisi BAP sədri Elşad Musayev, KXCP rəhbəri Mirmahmud Mirəlioğlu və ALDP sədri Fuad Əliyevlə görüşüb.

 

Versus.Az xəbər verir ki, bu görüşlər iqtidar-müxalifət dialoqu kimi qələmə verilir. Son aylarda iqtidarla müxalifət arasında təmasların artması müsbət bir hal kimi qiymətləndirilir və bu münasibətlərdən gözləntilər böyükdür.

 

Xəbər verdiyimiz kimi, PA rəsmisinin son görüşdüyü ALDP sədri Fuad Əliyevdir. Növbəti görüşlər barədə xəbər veriləcək.

 

F.Əliyev Ə.Vəliyevlə bu görüşünün ikinci dəfə baş tutduğunu deyib. Maraqlıdır, əvvəlki görüşlə indiki görüş arasında fərq nə idi?

 

ALDP sədrinin sözlərinə görə, budəfəki görüşdə mövzu ölkədəki hazırkı durum və məsələlərə baxış olub:

 

"Açığı deyim ki, bu, planlı görüş deyildi. Gözlənilməz görüş oldu. Bizdən bir gün əvvəl də parlament partiyaları ilə görüş olub. Partiyaların qərargah, qeydiyyat məsələləri də müzakirələrimiz sırasında idi. Vaxtilə qaldırılan məsələlər artıq müzakirə predmetidir və bunların həlli istiqamətində müzakirələr gedir. Əvvəlki görüşümlə bu görüş arasında beş ay fərq var. Hər halda gəlişmələr olmamış deyil. Bunlar hələlik qaneedici deyil. Bu, bəlli məsələdir. Doğru olan budur ki, hakim partiyaya hakimiyyətin münasibəti digər partiyalardan fərqlidir. Məncə, məsələlərə artıq baxış dəyişib. Ciddi dəyişiklik hiss olunmaqdadır. Bu dəyişikliklər bütövlükdə cəmiyyət üçün önəmlidir. Müxalifətin problemləri diqqət mərkəzində olmalıdır. Çünki bu günün aktual problemlərindən biridir”.

 

F.Əliyev hesab edir ki, artıq iqtidar-müxalifət dialoqu baş tutub və PA rəsmisi bu dialoqun ikinci raundunu keçirir:

 

"Bizim görüşümüz çox yüksək səviyyədə keçdi. Verdiyim təkliflər ətrafında müzakirələr apardıq. Ədalət müəllim bir neçə təkliflərimizi hazırlayıb yazılı surətdə Prezident Administrasiyasına təqdim etməyimizi xahiş etdi. Bu görüşlərin davamlı olacağı və gələcəkdə bir neçə partiyanın iştirakı ilə geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR