Partiya sədri onlayn iclas keçirib

12:17 12-07-2020 | icon 499 | Siyasət
Partiya sədri onlayn iclas keçirib

İclasda ictimai-siyasi vəziyyət müzakirə edilib

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının onlayn iclasını keçirib.

 
 
Versus.Az xəbər verir ki, bu barədə ALDP-nin Mətbuat Xidmətinin məlumatında bildirilir.
 
 
Qeyd edilir ki, onlayn iclasda ictimai-siyasi vəziyyət müzakirə edilib. ALDP sədri karantin dövründə partiya üzvlərinə tətbiq olunan sanitar-epidemioloji qaydalara riayət etməyin vacibliyini deyib:
 
 
“Qaydalara riayət etmək, təkcə sizin və sizin ailəniz üçün deyil, bütövlükdə cəmiyyət üçün vacib bir məsələdir. Hər bir partiya üzvü məsuliyyəti dərk etməlidir. Həkimlər hələ bilmirlər ki, bu xəstəlik gələcəkdə hansı fəsadlar verəcək. Ona görə indi tətbiq olunan qaydalara riayət etsəniz, özünüzü və ailənizi təhlükələrdən qorumuş olacaqsız”.
  
 
Daha sonra vətəndaşların karantin dövründə rastlaşdığı problemlər, iqtidar-müxalifət münasibətlərinin yumşalma fonunda dialoqun vacibliyi müzakirə olunub:
 
 
“Əgər biz ölkəmizdə demokratik dəyişikliklər istəyiriksə, müxalifət olaraq iqtidarla dialoqa getməliyik. Biz illər boyu hakimiyyətlə dialoqun tərəfdarı olmuşuq. Bu dialoqun baş tutması bütövlikdə cəmiyyətimiz üçün lazımdır. Seçkilər dövründə bu günə gədər minlərlə vətəndaşın üzləşdiyi problemlərlə bağlı müraciətlərini qəbul etmişik, müvafiq organlara çatdırmışıq və əksər problemləri müsbət həll etmişik. Bir neçə məsələni ümumiləşdirib iqtidar-müxalifət görüşündə müzakirə etmək olar”.
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı